Ukraynaya döyüşməyə gələn Çeçenistan rəhbəri Ramzan Kadırovun Dubaydakı ən azı 7 milyon dollar dəyərində olan 5 ulduzlu oteldəki villası tapılıb...

Maraqlıdır ki, həmin villanın yerini ukraynalı jurnalistlər tapıblar. Kadırov və onun ətrafının sosial şəbəkələrdəki fəallığı və sosial şəbəkələrə həvəsi sayəsində "Ukrayinska Pravda” BƏƏ-də Putin tərəfdarının villasının harada yerləşdiyini müəyyən edə bilib. Məlum olub ki, təkcə 2021-2022-ci illərdə Kadırov 80 milyon dollar dəyərində şəxsi "Airbus A319" təyyarəsi ilə Birləşmiş Ərəb Əmirliklərinə 14 dəfə səfər edə bilib. Onun villası Dubayın məşhur xurma ağacı təsvirli süni "Palm Jumeirah"dakı beşulduzlu "Zabeel Saray Royal Residences"-in ərazisində yerləşən 21 nömrəlidir. Kadırovun villası iki ən böyük binadan birindədir. Rahat və ətrafdan təcrid edilmiş yerdədir. Kadırov orada daim qonaqları qəbul edir. Xüsusilə, 2017-ci ildə o, boksçu Mayk Taysonla orada fotosessiyaya çəkdirib.

Kadırovun bu məlumata hələki reaksiyaysı yoxdur.

A.Məmmədli

 

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN