Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqların konstruktiv keçdiyini və sülhə ümid verdiyini bildirib.

Tezadlar.az bu barədə Türkiyənin Anadolu və Rusiyanın TASS agentliyi Kremlə istinadən məlumat yayıb. “Anadolu”nun məlumatına görə, Ərdoğan Rusiya və Ukrayna arasında bu həftə İstanbulda keçirilən “pozitiv və konstruktiv” danışıqların sülhə ümid verdiyini deyib. Ərdoğan Ukrayna və Rusiya liderləri arasında görüş keçirmək təklifini də təkrarlayıb. Kremlin məlumatına görə, Ərdoğan Türkiyə vətəndaşlarının və gəmilərinin Ukraynadakı “əməliyyat” zonasından çıxarılmasına kömək etdiyinə görə Putinə təşəkkür edib. Öz növbəsində, Putin İstanbulda Rusiya-Ukrayna danışıqlarının aparılmasında göstərdiyi köməyə görə Ərdoğana təşəkkür edib. Rusiya və Türkiyə prezidentləri Rusiya və Ukrayna arasında davam edən danışıqlar prosesinə “fundamental qiymətlər veriblər”. 

Bir müddət əvvəl Ərdoğan bildirmişdi ki, Putinlə telefon danışığı zamanı işğal olunmuş Krım və Donbasla bağlı məsələləri gündəmə gətirmək niyyətindədir. Bu günkü danışıqlar bölgəyə sülh gətiriləcəyinə ümidləri artırır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN