Müharibədə ilk dəfə olaraq ABŞ müttəfiqlərinə Sovet tanklarını Ukraynaya köçürməyə kömək edəcək.

Adının çəkilməsini istəməyən ABŞ rəsmisi CNN-ə açıqlamasında bildirib. "ABŞ-ın tankların köçürülməsinə kömək etmək üçün vasitəçilik etmək qərarı prezident Vladimir Zelenskinin sorğusuna cavabdır", -deyə rəsm mənbəə deyib. O, rəsmi tədarüklərin tezliklə başlayacağını söyləyib, lakin neçə tankın göndəriləcəyini və hansı ölkələrdən gətiriləcəyini söyləməkdən imtina edib. 
Qeyd edildiyi kimi, bu tanklar “Ukraynaya Donbasdakı Rusiya hədəflərinə uzaq mənzilli artilleriya zərbələri endirməyə imkan verəcək”. NYT yazır ki, tankların gəlişi müharibənin yeni mərhələsinin daha bir əlaməti ola bilər. 

Xatırlatmaq yerinə düşər ki, mrtın 30-da Rusiya Müdafiə Nazirliyi qoşunlarının Kiyev və Çerniqov istiqamətlərində “əsas tapşırıqları” yerinə yetirdiyini və Donbası tamamilə ələ keçirmək üçün yenidən toplanacağını bildirmişdir. ABŞ və Avropa ölkələri isə Ukrayna qoşunlarının işğal altında ölan 30-a yaxın yaşayış məntəqəsini azad etməsini nəzərə alaraq Zelenskinin kömək çağrışına yeni hərbi yardımla cavab verməkdədir. Çünki Rusiya sülh danışıqlarına qətiyyən əməl etmir...

A.Məmmədli   

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN