Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun komandirlərinin, eləcə də iki batalyon komandirinin döyüşməkdən imtina etdiyini açıqlayıb.

Tezadlar.az Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəsmi məlumatına istinadən bildirir ki, konkret məlumatlara görə, "...düşmənin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyəti və motivasiya səviyyəsi son dərəcə aşağı olaraq qalır. Qərb Hərbi Dairəsinin 20-ci birləşmiş ordusunun 3-cü motoatıcı diviziyasının müxtəlif səviyyəli komandirləri döyüş əməliyyatlarında iştirakdan imtina ediblər. Bundan əlavə, hərbi qulluqçular kütləvi şəkildə istefa ərizələri yazır. Cənub Hərbi Dairəsinin 58-ci birləşmiş ordusundan olan 4-cü hərbi bazanın 2-ci taborunun taktiki qruplarının şəxsi heyəti isə Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirakdan qəti imtina edib. Onların daimi dislokasiya məntəqələrinə qaytarılması planlaşdırılır".

Məlumatda o da bildirilir ki, şəxsi heyətin itkilərini kompensasiya etmək üçün Rusiya rəhbərliyi mülki əhalini silahlı qüvvələrə qoşulmağa təşviq edir.
Bu cür tədbirlər həm Rusiya Federasiyası ərazisində, həm də müvəqqəti işğal olunmuş Donetsk və Luqansk vilayətləri və Krım Muxtar Respublikası ərazilərində həyata keçirilir. Müharibənin aparılması ilə bağlı Beynəlxalq Humanitar Hüququn tələblərinin sistematik şəkildə pozulması halları davam edir.
Rus işğalçıları yaşayış məntəqələrinin yaşayış infrastrukturunun yaxınlığında silah və hərbi texnika yerləşdirməkdə, müvəqqəti işğal olunmuş ərazilərdə filtrasiya tədbirləri həyata keçirməkdə, yerli sakinlərə qarşı zorakılıqlar törətməkdə, qarət və soyğunçuluqla məşğul olmaqda davam edirlər. Donetsk və Luqansk vilayətləri ərazisində Ukrayna müdafiəçiləri son sutka ərzində düşmənin 6 hücumunu dəf edib, düşmənin 4 tankını, 6 zirehli texnikasını və 7 texnikasını məhv ediblər. "Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qruplaşması ötən gün ərzində 8 hava hədəfini vurub: iki təyyarə, bir helikopter, bir PUA və dörd qanadlı raket məhv edilib. Hərbi Hava Qüvvələrinin aviasiyası düşmən qoşunlarının toplandığı yerlərə, hərbi texnikanın sütunlarına və logistika mərkəzlərinə zərbələr endirməyə davam edir".

Beləliklə, Faşizm üzərində 9 may qələbəsinin növbəti ildönümünə hazırlaşan Rusiya rəhbərliyi çətin sual qarşısında: Ukraynadakı itkilərini necə gizlətmək, hansı qələbə rahatlığı ilə 9 may Paradını keçirmə???

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN