Hörmətli oxuculara bir daha xatırladım ki, deputat sayılan Etibar Əliyevin kimləri şərləməyi, böhtan atmağı hamıya bəllidir.

Onun o zamanlarda hüquqi müstəvidə cavabı verilmədiyindən o, daha irəli getdi, qarşısı alınmaz böhtançıya çevrildi. Bu dəfə, daha doğrusu, bir neçə gün əvvəl Prezident, Ali Baş Komandan İlham Əliyevin imzaladığı, xeyir-dua verdiyi, Redaksiya Heyətinin sədri olduğu Milli Ensiklopediyamızı plagiat, saxta və s. adlandırdı. «Təzadlar»ın Araşdırma Qrupu dərhal onun cavabını verdi. Təsəvvür edin, qorxuya düşən və məsuliyyətini az da olsa dərk edən (bəlkə də kimlərsə başa salmışdı, həm də axı böhtançılar qorxaq olur) Etibar Əliyev səhvini anladı, bir gündə öz statusunu-mövqeyini 4 dəfə dəyişdi (saytda həmin statuslar təqdim edilib).

 Dünən isə AMEA-nın vitse-Prezidenti, Milli Ensiklopediya Elmi Mərkəzinin direktoru, Akademik Tofiq Nağıyev deputatın bu məsuliyyətsiz hərəkəti ilə bağlı «Təzadlar»a müsahibə verdi… Bu gün qəzetdə çap olunub, saytda yayımlanıb. Yumşaq formada cavabı verilən Etibar Əliyev isə bu gün yenidən Akademik barədə tərbiyəsiz ifadələr işlədib və s.

***

Əziz dostlar, Azərbaycanda bir tərbiyəsiz adam var-nə yolla deputat olduğunu külli Azərbaycan bilir! Adı Etibar Əliyevdir! Bir vaxtlar rektor Ədalət Muradova mirzəlik edib verdiyimiz informasiya sorğumuzun cavablandırılması əvəzinə rektoru yoldan çıxartdı, haqqımızda böhtan, şər dolu yazı yazdı. Mətbuat Şurası da bu çörəyi dizinin üstündə olanın diqtəsi ilə bizə qarşı saxta iclas düzəltdi, bir çoxları keçdi rektorun və onun mirzəsi Etibarın tərəfinə... Ki, guya biz Ədalət Muradovu doktorluq dissertasiyası ilə şantaj edirik, guya böhtan atırıq və s. Hansı ki, bu əməllər Etibar Əliyevə məxsusdur. Birmənalı. Bunu sabiq deputat Abel Məhərrəmov, sabiq nazir Misir Mərdanov və başqaları gözəl bilir... Biz də bu qaragüruha sübut etmək üçün iki əməkdaşla Kiyevə ezam edilib rektorun Azərbaycanda ilim-ilim itirilmiş həmin dissertasiyasını Azərbaycana gətirdik, ictimailəşdirdik. Etibar Əliyev kimilər bizi buna məcbur etdilər… Mən Ədalət Muradovu o mənada qınayıram ki, belə adamlara güvəndi, barəmizdə böhtan xarakterli, şərləyici yazılar yazdırdı, bilə-bilə ki, doktorluq dissertasiyası nə gündədir...

 İndi bu adam Prezident İlham Əliyevin Redaksiya Heyətinin sədri olduğu Milli Ensiklopediyanı plagiat, saxta adlandırır... Üstəlik, bu gün tərbiyəsizlik edərək ağsaqqal yaşında olan görkəmli alim, akademik Tofiq Nağıyevə qarşı naqis, şərəf və ləyaqəti ləkələyən ifadələr işlədib. Bildiyim qədər Tofiq müəllim onu məhkəməyə verir, aidiyyəti üzrə şikayətlər təqdim edir... Eləcə də artıq spiker Sahibə xanım Qafarovaya müraciət olunub. Bu adamın ipini çəkən olacaq yəqinki. Çünki o, Prezidentin imza atdığı fundamental bir kitabəyə-Ensiklopediyaya saxta, plagiat... deyir. Nəhayət, bu adam məni və Akademik Tofiq müəllimi debata çağırır. Görün də, oğru elə bağırır ki...

 Etibar Əliyevin isə cavabını artıq görün kimlər verib: Professor, sabiq maliyyə naziri Saleh Məmmədov: "Ensiklopediya informasiya toplusudur, informasiyanı plagiat kimi dəyərləndirmək özü məntiqdən uzaqdır. Hər bir informasiyanın mənbəyi var, ensiklopediya sadəcə müxtəlif mənbələrdən toplanaraq tərtib olunur".

Tanınmış araşdırmaçı jurnalist Çingiz Sultansoy: "Asif bəy, mənim divarımda mənə yazdığını görsəydin... Guya mən savadsızam, səviyyəsizəm, mühacirətə getmişəm, amma mahacirətin nə olduğunu hələ bilmirəm və s. Hamısı bilirsən nə üçün idi? MM sədinə tənqid yazmışdım, xanıma yarınırdı, göstərmək istəyirdi ki, susmadım ha, Çingizin cavabını verdim. Guya öz aləmində verirdi.."

Və sair... İndi ağsaqqal Akademikə "tərbiyəsiz" deyənin özü tərbiyəlidirmi, cavab sizdə...

***

Son sözümüz Spiker Sahzibə xanım Qafarovayadır:

Hörmətli Sahibə xanım!

Deputat Etibar Əliyev Prezident İlham Əliyevin Redaksiya Heyətinin sədri olduğu Milli Ensiklopediyanı plagiat, saxta və s. adlandırır... Onun bu böhtanlarına cavab verən AMEA-nın vitse-Prezidenti, Milli Ensiklopediya Elmi Mərkəzinin direktoru, Akademik Tofiq Nağıyevə qarşı isə nalayiq ifadələr işlədir, ağsaqqal elm xadiminin şərəf və ləyaqətini ləkələyən ifadələrə yol verir. Bu nə vaxta kimi davam edəcək??? Doğrudanmı deputatlıq ona kimə istəyir şər və böhtan atmaq, təhqir etmək toxunulmazlığı verib? Xahiş edirik, deputat statusundan sui-istifadə edən bu şəxsə qarşı təsirli tədbir görülməsinə tapşırıq verəsiniz.

Asif Mərzili

(Aşağıdakı şəkildəki Etibar Əliyevdir)

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN