…Azərbaycanın təhsil ictimaiyyətinə hansı yolla deputat olduğu bəlli olan Etibar Əliyevin həm də necə təhsil eksperti olduğunu

və kimliyini təqdim etməyə yəqinki zərurət yoxdur… Görün bu adam nə qədər məsuliyyət hissini itirib ki, Prezident İlham Əliyevin Redaksiya Heyətinin sədri olduğu fundamental bir kitabəni-Milli Ensiklopediyanı başdan-ayağa plagiat, saxta adlandırır (maraqlıdır ki, məlum deputat seçkisindən sonra «saxta» sözündən çox istifadə edir). Onun yetənə yetib, yetməyənə söz atan, reaksiya verilmədikdə təhqirə keçən fəaliyyət taktikasını da hamı bilir.

 Atalarımızın isə bir ibrətamiz misalı var: cəhənnəmə gedən özünə yoldaş axtarar! «Təzadlar» Etibar Əliyevin özünün facebook səhifəsində ölkə Prezidentinin imzasına sayğısızlıq nümayiş etdirməsinə, Milli Ensiklopediyamıza saxta, plagiat deməsinə tutarlı cavab verən kimi o, qorxuya düşüb statusunu bir gündə 4 dəfə dəyişdi. Və dərhal səhifəsində Prezident İlham Əliyevin 4 il əvvəlki Prezident seçkisini nümunə çəkərək ölkə başçısını tərifləməyə başladı… («Təzadlar»ın rəsmi səhifəsində bu barədə ibrətamiz yazı təqdim edilib).

***

Xislət və niyyət təmiz olmalıdır: biz bu özünü deputat hiss edən adama yanlış yolda olduğunu başa salırıq, o isə bizi topa tutur ki, niyə Milli Ensiklopediya Elm Mərkəzinin direktoru Tofiq Nağıyev «Təzadlar»a müsahibə verib və Etibar Əliyevin söylədiklərinin yalan olduğunu, heç bir fakta söykənmədiyini bildirib???

 Azərbaycan Milli Elmlər Akademiyasının vitse-Prezidenti, Akademik Tofiq Nağıyevin ağsaqqal nəsihətlərindən nəticə çıxarıb susmaq əvəzinə bu adam savadsız, çörəyi belə şantaj və böhtanlardan çıxan (bunu keçmiş təhsil naziri Misir Mərdanov, sabiq deputat, akademik Abel Məhərrəmov və başqaları gözəl izahlaya bilər) adam başlayıb Akademiki təhqir etməyə. Və Etibar Əliyevin sığındığı və redaktoru, Qarabağın, Kəlbəcərin dərd-sərindən beynəlxalq mediada yazmaq əvəzinə belə şantajçılara qoşulmuş Elşad Eyvazlının rəhbərlik etdiyi azedu.az saytında ikinci dəfədir yazırlar ki, niyə AMEA-nın vitse-Prezidenti, akademik Tofiq Nağıyev «Təzadlar»a müsahibə verib?

 

İzah edirik: dünya şöhrətli alim, akademik Tofiq Nağıyev sizlərin sifətini yaxşı bilir, kimliyinizi görüb deyə, sizi yox, müstəqil, 29 ildir Əli Həsənovlara, Vüqar Səfərlilərə… qoşulmayan, öz yolu və dəsti-xətti olan, yazıları beynəlxalq mediada yer alan, TRTAJANS-ın təqdimatı ilə iki əməkdaşı Avropa Media Federasiyasının üzvü seçilən (baş redaktor Asif Mərzili və Yasəmən Məmmədli Avropanın 38 ölkəsində akreditə olunmaqla) bir qəzeti seçib. Sizi seçsin??? Nəyinizi seçsin? Bir gündə mövqeyini 4 dəfə dəyişəni kim seçər??? Prezidentin imzası olan bir Milli Ensiklopediyanı saxta, plagiat adlandıranları, görkəmli Akademiki təhqir edən sizlərə müsahibə versinlər???

Maraqlıdır, internetin axtarış bölməsində «şantaj» sözü yazanda belə Etibar Əliyevin adı çıxır. Özü də sığındığı saytlarla və qanadını üzərinə gərmiş rektor Ədalət Muradovla birlikdə.

İndi də deputat Fazil Mustafanı, canı ilə əlləşən keçmiş deputat Şahlar Əsgərovu aldadaraq başqa məsələlərdən danışdırıb sonra yazının sonluğuna adı dünyaca bir olan, yazıları ABŞ, Türkiyə, Avropa ölkələrinin media səhifələrində yer alan «Təzadlar»ı şantaş edirlər. Və Elşad Eyvazlını da qoşub özünə-çirkin əməllərinə! Cəhənnəmə gedirsənsə, özünə başqa yoldaş axtar, Elşad Eyvazlını niyə qoymursan Kəlbəcərin dərdini-sərini çəksin…

***

Sonda: oxucularımızı yormadan keçək mətləbə: Etibar Əliyev dünən İTV-nin 3D müəllif verilişində qonaq idi. Dadaşlinski ona sual verdi ki, niyə statusunuzu yazır, sonra da silib dəyişirsiniz??? Bu adam deyir ki, texniki səhv olub, guya əli dəyib…

***

 Mövqe hər bir ləyaqətli, məsləkli insanın atributu, kredosudur! Mövqesiz insanların isə qiymətini vaxtilə ümumi şəkildə Ulu Öndər Heydər Əliyev verib!

 Kəsəsi, Etibar Əliyev ikinci dəfədir statusunda «Təzadlar»a ünvanlı şər və böhtanını azedu.az saytında təkrarən yazır. Hiss edirik o, vaxtilə məktəbdə oxuyanda müəllimi ona hər gün danlayaraq «Bir də oxu, bala, təkrar biliyin anasıdır!» məntiqini başa salıb. Odur ki, aşağıda Azərbaycanın Əməkdar Jurnalisti Azər Həsrətin Etibar Əliyev haqqında yazı-müsahibəsini təkrar təqdim edirik. Axı təkrar biliyin anasıdır.

 Ardınca isə təkrarən İctimai Şurasının sədri, yaxın dostu, sirdaşı rektor Ədalət Muradovun Azərbaycanda itirilmiş və əməkdaşlarımızın Kiyevdən tapıb gətirdiyi (1 həftəlik ezamiyyənin məhsuludur. Jurnalistika budur!) doktorluq dissertasiysından bəzi sitatları təqdim edəcəyik. Qoy üç dost (Elşad Eyvazlı ilə birlikdə) baş-başa verib Azərbaycan hakimiyyətini biabır edən, Azərbaycanı banan respublikası gözündə görən, «Əsrin müqaviləsi»ni səmərəsiz adlandıran… rektorun bu «əsərini» bir daha nəzərdən keçirsin:

Etibar Əliyevin əsl siması və ya simasızlığı

«Etibar Əliyev ikiüzlü və simasızdır». Azərbaycan Respublikasının Əməkdar jurnalisti, hüquq müdafiəçisi Azər Həsrətin yazısından: “O (Etibar) mənə qarşı hətta “reket”lik kimi sarsaq ittihamlar irəli sürür. Bu adamın dünən dediyi ilə bu gün dediyi üst-üstə düşmür. Bir vaxtlar bu insan müxtəlif dairələrdə məni savadlı, dünyagörüşü yüksək olan biri kimi tərif edirdi. İndi nə dəyişdi? Savadımmı, dünyagörüşümmü azaldı, qlobal problemmi oldu ki, mənim haqqımda mənfi düşünməyə başladı?”

«Etibar Əliyev çoxdanın tərbiyəsiz şər, böhtançısıdır və əsl bu sahənin ekspertidir».

Azərbaycan Respublikasının əməkdar jurnalisti, hüquq müdafiəçisi Azər Həsrətin yazısından: “O (Etibar) iddia edir ki, guya mən haçansa elektron poçtu Azərbaycana gətirdiyimi demişəm. Ağır bir ifadə işlədərdim, amma ayıb olar. Etibar Əliyev, tərbiyən olsun, ədəbin, əxlaqın olsun. Mən belə söz demişəmsə, mənə lənət olsun. Əgər bunu sən özündən uydurursansa, sənə lənət olsun. Niyə adama belə tərbiyəsiz böhtan atırsan? Mən demişəm ki, Azərbaycanda ilk şəxsi internet saytını quran şəxsəm, bunun da arxasında dururam. 1999-cu ildə mən şəxsi internet saytımı özüm qurmuşam. Əksini iddia edən varsa, qarşıma çıxa bilər”.

«Etibar Əliyev vəzifə naminə, maddiyyətə görə özünü alçaltmaqdan belə utanmır…» Azərbaycan Respublikasının əməkdar jurnalisti, hüquq müdafiəçisi Azər Həsrətin yazısından: “Yaxın keçmişdə onun Misir Mərdanovla bağlı yazısını oxumuşdum. O Misir müəllimlə eyni vəzifəni tutmaq istəyən şəxs arasında “seçim” edirdi və yazısında Misir müəllimi yerdən-yerə vurmuşdu. Onun həmin yazısını oxuyanda bu cür biabırçı yanaşma ilə qarşılaşacağımı, bir qələm sahibinin özünü belə alçaldacağını düşünmürdüm”

«Etibar Əliyev xain xofludur, öz uğursuzluğunun səbəbini başqasında axtarmağa çalışan bədbəxtçiliyinin əsiridir…».

Azərbaycan Respublikasının əməkdar jurnalisti, hüquq müdafiəçisi Azər Həsrətin yazısından: “Nəqliyyat, Rabitə, İnformasiya və Yüksək Texnologiyalar Nazirliyi yazı müsabiqəsi təşkil etmişdi, məni isə münsif kimi dəvət etmişdilər. Biz yeni texnologiyalarla bağlı yazıların dəyərləndirilməsini aparırdıq. Mən həm yeni texnologiyalardan xəbəri olan birisi, həm də bir jurnalist olaraq, münsif heyətində yer almışdım. Etibar Əliyevin də təqdim etdiyi yazı nümunələr sırasında idi. Dəyərləndirmə başa çatdı, qiymətləndirmə mərasimi keçirildi. Etibar Əliyevin təqdim etdiyi yazı lazım olan balı toplamamış, qalib olmamışdı. O bunu biləndə tədbirdə ayağa qalxıb, biabırçı fikirlər şəkildə etiraz etdi ki, Azər Həsrət kimi bu sahədən xəbəri olmayan adam mənim yazılarımı necə dəyərləndirə bilər? Amma bu insan bilmirdi ki, onun yazısına ən yüksək qiyməti mən vermişdim. Bütün bunları ona görə deyirəm ki, Etibar Əliyev həqiqətən də bu bədbaxtçılığının əsiridir. O, bundan sonra bəzi media qurumlarında çıxış edərək ağzına gələni mənim ünvanıma qarşı səsləndirdi. Mən isə təbii olaraq, cavab verdim.”

«Etibar Əliyev öz mövqesizliyini “ustalıqla” gizlədə bilən maskalılardandır…».

 Azərbaycan Respublikasının əməkdar jurnalisti, hüquq müdafiəçisi Azər Həsrətin yazısından: “Təəssüf ki, mənim də bir müddət yazılarımla çıxış etdiyim “Azadlıq” qəzeti Etibar Əliyevin yazılarına yer verdi, mənim mövqeyimi qeyd etmədi. Çox maraqlıdır, bu qəzet radikal müxalifəti təmsil etdiyi halda “dövlət üçün yanıb-yaxılan” Etibar Əliyevə yer verir, mənə isə vermir”

 «Etibar Əliyev işinə yarayanda hətta Azərbaycan xalqına, Azərbaycan dövlətinə həqarətlə baxan, hər addımda təhqir edənləri tərifləməkdən belə çəkinmir».

 Azərbaycan Respublikasının əməkdar jurnalisti, hüquq müdafiəçisi Azər Həsrətin yazısından: “Mən bu insan haqqında çox da məlumatlı deyiləm. Dünən isə onun açıqlamasını dinlədikdən sonra bəzi dostlar onunla bağlı mənə materiallar, məlumatlar göndərdilər. Etibar Əliyevin 2009-cu ildə “Yeni Müsavat”da yazısı dərc olunub. O, həmin yazısında Azərbaycan xalqına, Azərbaycan dövlətinə həqarətlə baxan, hər addımda təhqir edən Leyla Yunusu ideallaşdırır. Belə təfəkkürün sahibi Azər Həsrətə çamur ata bilməz”.

«Etibar Əliyev hər zaman müxtəlif təşkilatlara və müxtəlif insanlara bağlı olub…»

 Azərbaycan Respublikasının əməkdar jurnalisti, hüquq müdafiəçisi Azər Həsrətin yazısından: “Etibar Əliyev özünü guya gərəkli bir adam kimi sübut etmək istəyir. Müxtəlif təşkilatalara bağlı şəxsdir. Onun kimlər tərəfindən qıcıqlandırıldığını, mənim üzərimə yürüdüldüyünü də bilirəm. Onun özünün də deyil, sahiblərinin yeddi qatının cavabını verə bilərəm. Etibar Əliyevi mənim üzərimə göndərənlər özləri bioqrafamın altında əzilən insanlardır. O, mənim kimi insanın qarşısında heç kimdir. İstər jurnalistikada, istərsə ictimai, siyasi fəaliyyətdə bu insan özünü mənə bulaşdırmasın. Özünə uyğun çevrələrdə davransın, özünə uyğun işlərlə məşğul olsun. Onu mənim qarşımdan çəksinlər, dediyim kimi Azərbaycan üçün gördüyüm və görməkdə olduğum ciddi işlər var”.  

«Etibara baş qoşanlara və onu dəstəkləyənlərə mesaj…»

 Azərbaycan Respublikasının əməkdar jurnalisti, hüquq müdafiəçisi Azər Həsrətin yazısından: “Çox təəssüf edirəm ki, öz qızıldan dəyərli vaxtımı mənasız, qeyri-ciddi insana cavab verməklə sərf edirəm. Etibar Əliyev kimi ünsürlər isə əl –ayağıma dolaşır, vaxtımı alırlar. Amma mən onun kimilərin cavabını verməyə bilmərəm. Çünki sakit duranda deyirlər, qorxdu və susdu. Halbuki, mən Azərbaycan naminə bu günə qədər çalışmışam, bundan sonra da çalışacağam. Cəmiyyətdə baş verən istənilənm neqativ hadisəyə mövqeyimi ifadə etmişəm. Mən heç vaxt qaraya ağ, ağa qara deməmişəm”

Mənbə: http://demokrat.az/news/6874

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN