Tezadlar.az saytında 2 saat əvvəl yayımlanmış "BAKIDA OD QİYMƏTİNƏ OLAN SOĞAN QARQAR ÇAYINA NİYƏ TÖKÜLÜB?- VIDEO-1, 2" yazısısındakı mövzuya Türkiyənin ATV kanalında bu dəqiqələrdə geniş sujet həsr edildi.

Mövzu bəlli: Azərbaycanda olduğu kimi, Türkiyədə də bəzi işbazlar Rusiyanın Ukraynadakı işğalçılıq müharibəsindən qaynaqlanan dünya ərzaq qıtlığından süni qiymət artımı ilə qazanc əldə etmək istəyir!

Eyni mənzərədir: müəllif ürək ağrısı ilə bildirir ki, bazarda qiymətləri qaldırmaq üçün qıtlıq yaradıb soğanı daha baha qiymətə satmaq istəyən vicdansız işbazlar soğan dolu çuvalları meşə ərazilərində yolun kənarına töküb qaçıblar. Polis hazırda bu vicdandan xali işbazları axtarır. Təsəvvür edin, bu ağılsızlar anlamır ki, Ramazan günlərində belə əməl Allaha ağır gedən hərəkətdir! Belə qazancın bərəkəti olarmı???Cəzası bəlli!

Bu da tezadlar.az saytında 2 saat əvvəl yayımlanmış həmin yazının linki: https://tezadlar.az/index.php/en/agenda/7921-bakida-od-qi-ym-ti-n-olan-sogan-qarqar-cayina-ni-y-tokulub-video

A.Məmmədli

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN