Ukrayna cəbhəsində ağır döyüşlər davam edir...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, təkcə Donetsk və Luqansk vilayətləri ərazisində son sutkada Rusiya qüvvələrinin yeddi hücumu dəf edilib. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı rəsmi açıqlamada qeyd edilir ki, "...düşmənin on üç tankı, üç artilleriya sistemi, on yeddi zirehli texnika, dörd zirehli döyüş maşını və on səkkiz avtomobil və dörd yanacaqdaşıyan məhv edilib. Hava hücumundan müdafiə bölmələri sözügedən ərazidə “Orlan-10” tipli üç pilotsuz uçuş aparatını vurub”.

Döyüşlər isə davam edir... Türkiyə Prezidenti isə dünən yenidən açıqlama verdi ki, Rusiya ilə Ukraynanın sülh danışıqlarının bərpası üçün ciddi səy göstərir.  

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN