Səfərbərlik səbəbindən ölkəni tərk edən rusların sərhəddə tərk etdiyi avtomobillər Ukrayna müharibəsi iştirakçılarının ailələrinə verilə bilər. 24News.ge xəbər verir ki, bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib. “Qaçaqlar maşınlarını geridə qoyurlar və biz bu avtomobilləri kimə verəcəyimizi düşünməliyik. Təklif edirəm ki, döyüşə gedən əsgərlərin ailələrinə verilsin”, - deyə Volodin bildirib. Dumanın spikeri qeyd edib ki, səfərbərlikdən qaçan ruslar bir müddət sonra geri qayıtmaq üçün yenidən sərhədlərdə növbəyə duracaqlar. O, deputatları "Barıt iyi duymadan çarpayının altında gizlənən" gənclər barəsində sərt mövqe sərgiləməyə çağırıb. Volodinin sözlərinə görə, Rusiya artıq bütün fərarilərin siyahısını tərtib edib. Xatırladaq ki, sentyabrın 21-də Putinin səfərbərlik elan etməsindən sonra Gürcüstan və Qazaxıstanın Rusiya tərəfindəki sərhəd-keçid məntəqələrində avtomobillərin sırası kilometrlərlə uzanıb.

Pin It

Yaxud, Bərdədəki «Allah-Allah» türbəsinin bərpadan sonra önündə qo­yulmuş lövhədəki yazıda olan or­fo­qrafik və üslub cəhət­dən yol verilmiş yanlışlıqlar barədə bir neçə söz…

Pin It

Səfərbərlikdən sonra Rusiyadan xarici ölkələrə qaçanların və orduda döyüşmək istəməyənlərin sayı artmaqdadır...

Pin It

Atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00

Pin It

Dünən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində Yuxarı Gövhərağa məscidini ziyarət edib, burada aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN