“www.sheffaf.az” xəbər portalının baş redaktorunun 36 nömrəli Şəhər Poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi barədə rayon prokurorluğuna müraciət daxil olmuşdur. Baş Prokurorluqdan "Təzadlar"a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən xəbər portalının təsisçisi və baş redaktoru Namik Əmrahov vəzifəli şəxs olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən istifadə edib Sabunçu rayonu, 36 nömrəli Şəhər Poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü “www.azinfo.tv” və www.sheffaf.az xəbər portalının rəhbəri kimi təqdim etməklə barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edərək almışdır. Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanmış, Namik Əmrahov Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda iş üzrə istintaq davam edir.

 

Pin It

TEZADLAR.AZ xəbər verir ki,  Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan

Pin It

Daxili işlər nazirliyi bu gün səhər saatlarında həyatını itirmiş "Tv Pirveli" kanalınən operatoru Aleksandr Laşkaravanın video görüntülərini yayıb.

Pin It

Türkiyə Srebrenitsa soyqırımını - Avropanın və bütün bəşəriyyətin tarixində qara ləkəni ikinci plana atmağa imkan verməyəcək.

Pin It

BMT- nin Azerbaycandaki resident elaqelendiricisi Vladanka Andreyeva Bakıya gəlib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN