Prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyi Nobel Sülh Mükafatına irəli sürülüb.

Bu barədə bu gün Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Məclisdəki jurnalistlərə verdiyi açıqlamada deyib.

"Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyi üçün mənim müraciətim var. Həmçinin müxtəlif ölkələrdən parlament sədrləri və deputatların müraciətləri olacaq", - deyə M.Şentop deyib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop prezident Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüyünü bildirib.

Mustafa Şentop paytaxt Ankarada parlament müxbirləri ilə görüşüb.

Şentop açıqlamasında prezident Ərdoğanın 24 fevraldan bəri davam edən Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərdiyi səyləri vurğuladı.

“Mənim cənab Prezidentin Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı ərizəm var. Həmçinin müxtəlif ölkələrdən parlament sədrləri və deputatların müraciətləri olacaq”, -deyə bildirib.

Ərdoğanın Rusiya-Ukrayna müharibəsini dayandırmağa çalışan və hər iki tərəflə görüşə bilən yeganə lider olduğunu vurğulayan Şentop deyib:

“Hesab edirəm ki, qərəzsiz qiymətləndirmə olarsa, bu haq da (Nobel Sülh Mükafatı) təqdim edilməlidir”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN