İlin son günlərində dəyərli insan, ehtiyatda olan polis  mayoru, Nizami Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin sədri Yəhya Ağayevin 80 illik yubileyi qeyd edildi.

Gənc nəsli vətənpərvərlik ruhunda yetişdirmək,   Prezident cənab İlham Əliyevin ətrafında sıx  birləşib, onun apardığı daxili və xarici siyasəti dəstəkləmək üçün Nizami rayon ictimaiyyəti arasında, Birliyin sədri kimi böyük təbliğat işləri aparan Yəhya Ağayev 80 yaşı olmasına baxmayaraq bu gün də fəal və işgüzardır.

 Elə ona görə də Nizami rayon icra Hakimiyyətinin başçısı cənab Coşqun Cəbrayılov Yəhya Ağayevin 80 illik yubileyi münasibəti ilə məxsusi tədbir təşkil edərək, yubiliyarı kollektiv adından təbrik edib. C.Cəbrayılov Y.Ağayevə Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin siyasətinin rayon əhalisi arasında belə yorulmaz və fəal şəkildə təbliğ edilməsində sağlam və uzun ömür arzulayıb. C.Cəbrayılov Zəfər qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi zamanı Şəhid ailələri, qazilər və veteranlarla görüşlərin təşkilində, onlara mənəvi dəstəyin göstərilməsində Y.Ağayevin rəvbərlik etdiyi Veteranlar Təşkilatının işini yüksək qiymətləndirib.

Nizami rayon İcra hakimiyyətinin bütün kollektivi Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin sədri Yəhya Ağayevin 80 illik yubileyini təbrik edir və inanır ki, 80 yaşlı yubiliyar Veteran təşkilatı olaraq bundan sonra da  öz işini dövlətin, hökümətin tələbləri səviyyəsində quraraq, rayonun iqtisadi və sosial həyatında fəal iştirak edəcək.

80 yaşın mübarək olsun, əzizimiz Yəhya Ağayev!

Elçin MƏMMƏDLİ,

1-ci Qarabağ döyüşünün veteranı,

Nizami Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları

Təşkilatı İctimai Birliyinin üzvü

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN