Müğənni Kristina Orbakaite anası Alla Puqaçovaya həsr etdiyi “Alla oxuyacaq” mahnısını təqdim edib.

Tezadlar.az xəbər verir ki, K.Orbakaite mahnıdan bir parçanı Telegram kanalında yayımlayıb.

“Göydən daşlar uçacaq, Alla oxuyacaq, arxadan qanadlar yanacaq, Alla oxuyacaq, güllələr ruha uçacaq, Alla oxuyacaq. Günəşlə yanmaq istəyən hər kəsə Allah nəğmə oxuyacaq“, - nəqarət belə səslənir.

Orbakaite vurğulayıb ki, bu, onun üçün “Ana haqqında və günəşlə yanmaq istəyən hər kəsə oxuyan, oxuyan və oxuyacaq güclü Qadın haqqında” xüsusi mahnıdır.

Mahnı Puqaçovanın ad günündə işıq üzü görəcək - aprelin 15-də onun 74 yaşı tamam olacaq.

Alla Puqaçova 2022-ci ilin sentyabrında əri, komediya aktyoru Maksim Qalkinin Rusiyada xarici agent kimi tanınmasından sonra İsrailə gedib.

Müğənni "onu sevimli ölkəsinin xarici agentləri sırasına yazdırmağı" xahiş etdiyi yazı dərc edib. O, əri ilə həmrəy olduğunu vurğulayıb - "vicdanlı, ləyaqətli və səmimi insan, vətənə firavanlıq arzulayan Rusiyanın əsl və pozulmaz vətənpərvəridir".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN