Kinoteatrlarda ziyarət sayı 17 milyonu ötüb...

***

2023-cü ilin mart ayında kinoteatr xidmətlərinin qiymətləri il ərzində dərhal 12,3% artıb və ən yüksək qiymət artımı isə Akmola vilayətində qeydə alınıb - 66,7%.

Qazaxıstan Respublikası Strateji Planlaşdırma və İslahatlar Agentliyinin Milli Statistika Bürosunun məlumatına görə, kinoteatra getməyin indi qazaxıstanlılar üçün daha baha olmasına baxmayaraq, kinoteatr xidmətlərinə tələbat 2021-ci illə müqayisədə ötən il iki dəfə artıb və ziyarət sayı 17 milyonu ötüb.

Statistiklər onu da qeyd edirlər ki, kinosevərlər milli filmlərə baxmağa daha çox üstünlük verməyə başlayıblar. Belə ki, 2021-ci ildə yerli filmlərə baxışların payı ümumi ziyarətlərin 12,1%-ni təşkil edirdisə, bu, 53,6%-ə bərabər olub.

***

Qeyd edək ki, Azərbaycan kinoteatrları pandemiya dövründə ziyarətçilərini itirdi. Belə ki, kinoteatrların fəaliyyəti 14 mart 2020-ci il tarixindən dayandırılıb.Ümumilikdə kinoteatrlarımıza  11,8 milyon manat ziyan dəydiyi bildirilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, pandemiyadan əvvəlki dövrdə - 2019-cu ildə Azərbaycanda 5 kinoteatrın 61 kinozalı fəaliyyət göstərib. Həmin ildə ziyarətçilərin sayı 1 milyon 640 min nəfər olub. Seansların nümayiş vaxtını və kinozalların müxtəlif üstünlüklərini nəzərə alaraq qiymətlər 3-9 manat arası dəyişib.

Qazaxıstanla müqayisə edildikdə, əlbəttə, arzu olunur ki, kinoteatrlarımızı ziyarət sayı bizdə də çox olsun.

Xatırladaq ki, Qazaxıstan Respublikasının əhalisi 20 milyona yaxındır.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN