Məşhur aktyor, azərbaycanın Xalq artisti Fəxrəddin Manafovun adına saxta hesablar yaradılır.

Baş verənlərlə bağlı Xalq artisti Mehriban Zəki məlumat yayıb. O, səhifələrin fotolarını da paylaşıb:

"Bir neçə gün əvvəl instaqram hesabarından birində xəbərlə rastlaşdım ki, Fəxrəddin Manafov paylaşım etdi. Sonra axtarışa verdim və qarşıma Fəxrəddin müəllimin adına kifayət qədər izləyicisi olan bir neçə hesab çıxdı. Buradan həmin səhifələri izləyən dostlarıma xəbər vermək istəyirəm ki, Fəxrəddin Manafov sosial mediadan istifadə etmir. Bu barədə dəfələrlə müsahibələrində də deyib. Onun adına hesab açan şəxslərdən isə xahiş edirəm ki, bunların fan səhifələr olduğunu qeyd edəsiniz", -deyə Mehriban Zəki qeyd edib.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN