Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Ekspertlər Şurasının sədri Nəzakət Eminqızının (Əhmədova – Kərimova) yeni kitabı - “Ömrün unudulmaz anları” işıq üzü görüb. Kitabda müəllifin hekayə və məqalələri yer alıb. 

***

Nəzakət Əhmədova -Kərimova  (Nəzakət EMİNQIZI) Xaçmaz şəhərində doğulub boya-başa çatıb. ADPU-nun pedaqoji fakültəsində təhsil alıb. Hələ tələbəlik illərindən respublika mətbuatında elmi – metodiki, ədəbi-bədii məqalələri dərc olunmağa başlayıb. ADPU-nu bitirdikdən sonra o zamanlar fəaliyyətdə olan və bir çox məşhur insanların təhsil aldığı Jurnalist Sənətkarlığı İnstitutunda da təhsilini davam etdrib.

Daha sonra Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun dissertanturasına daxil olmuş və elmi fəaliyyətini orada da davam etdirmişdir.

Nəzakət Eminqızının səmərəli fəaliyyəti yüksək qiymətləndirilmiş və o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ”İlin müəllimi” adına layiq görülmüş, həmçinin  “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Qeyd edək ki, Nəzakət  Eminqızı respublikamızda, həmçinin onun hüdudlarından kənarda da neçə-neçə qəzet və jurnallarda dərc olunmuş yüzlərlə maraqlı elmi-metodiki, ədəbi-bədii, publisistik məqalələrin müəllifidir.

O, “Gecikmiş çiçəklər” , “Ömrün unudulmaz anları” kitablarının, “Zaur Ustac – Seçilmiş Əsərləri” kitabının layihə rəhbəridir. Ədəbi fəaliyyəti sahəsində qazandığı uğurlara görə, “Qızıl Qələm”, “İsa Muğanna”, “Ziyadar” mükafatları, “Xarıbülbül” medalı və bir sıra “Fəxri Diplom”larla təltif edilib. Hazırda “Heydər Əliyev - 100 illiyi” yubiley tədbirləri çərçivəsində yeni kitab üzərində çalışır.

Biz də  övladları üçün fədakar ana, sevimli nənə olan bu pozitiv və əzmkar xanıma -  Nəzakət xanım Eminqızına yeni yaradıcılıq uğurları arzulayırıq.

 nezaket-kitab

 JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN