Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon MKS-in Mərkəzi Kitabxanasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı tədbir keçirilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyətinin “İctimai-siyasi və humanitar məsələlər” şöbəsinin müdiri Pənah İmanov, həmin şöbənin baş məsləhətçisi Turan Cəfərova, “Şəhid Ailələri və Vətən Müharibəsi İştirakçıları ilə işin təşkili” şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Anar Məmmədov, pedoqoji elmlər doktoru, professor, Əməkdar müəllim Rüfət Hüseynzadə, Azərbaycan Texniki Universiteti “Tarix” kafedrasının müdiri, professor Şikar Qasımov, Xalq artisti Şükufə Musayeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muzeyşünaslıq” fakültəsinin müəllimi Sahibə Ələkbərova, BDU-nun müəllimi, AYB-nin üzvü İradə Əlili, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Mədəni-kütləvi işlər şöbəsinin müdiri Əfsanə Gülməmmədova, Cəbrayıl rayonu, Milli Qəhrəman Kazım Məmmədov adına Böyük Mərcanlı tam orta məktəbinin direktoru Nuriyyə Ağayeva, Laçın rayon mədəniyyət işçiləri, Bakı şəhər MKS-lərinin əməkdaşları, oxucular, digər ictimai nümayəndələri iştirak ediblər.

İlk öncə Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himnimiz səsləndirilib.

kit-6

Xətai rayon İcra Hakimiyyəti “İctimai-siyasi və humanitar məsələlər” şöbəsinin müdiri  Pənah İmanov bildirib ki, sadə, zəhmətkeş  bir azərbaycanlı ailəsində dünyaya göz açan, min cür maneələrdən, çətinliklərdən keçərək SSRİ kimi nəhəng bir dövlətin rəbərlərindən biri səviyyəsinə ucalan ilk Türk oğlu Heydər Əliyev Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil olmuşdur.

“Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıdan dahi şəxsiyyət, görkəmli siyasətçi Heydər Əliyev bütün həyatını öz xalqına, dövlətçiliyimizin qorunub saxlanılmasına, möhkəmlənməsinə həsr etmişdir” - Xətai rayon MKS-nin əməkdaşı Ağgül Mərdanova çıxışında vurğulayıb

Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Vətən müharibəsi iştirakçısı Anar Məmmədov qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması və bir milyon insanın qaçqın düşməsi Ulu Öndəri ən çox narahat edən məsələ idi: “O, həmişə deyirdi ki, biz Qarabağı mütləq geri qaytaracağıq. Əgər bu məsələ sülh yolu ilə həll olunmasa, müharibə yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Heydər Əliyev ideyaları yaşayır və Azərbaycan xalqını zəfərdən-zəfərə qovuşdurur”.

kit-3

Əməkdar müəllim Rüfət Hüseynzadə Heydər Əliyev nəzəri irsində müəllimlik mövzusu barədə danışıb: “İlk fəaliyyəti müəllimlik olan Heydər Əliyev ölkəmizdə bütün sahələrdə olduğu kimi, elm və təhsilin inkişafına da xüsusi diqqət yetirir və bu peşə sahiblərinə qayğı ilə yanaşırdı”.

Tədbir zamanı digər natiqlər “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, “Heydər Əliyev irsi”, “Heydər Əliyev irsinin təbliğində muzeylərin rolu” mövzularında çıxış ediblər.

Azərbaycan Respublikasının Xalq artisti Şükufə Musayeva Xalq şairi Zəlimxan Yaqubun “Ömrün Heydər zirvəsi” adlı şeirini səsləndirib.

Cəbrayıl rayonu, Böyük Mərcanlı tam orta məktəbin şagirdləri Ulu Öndərə həsr olunmuş şeirlərdən ibarət kompazisya nümayiş etdiriblər.

Sonda Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova “Heydər Əliyev Böyük Azərbaycanlıdır. Vətənimizin, xalqımızın misilsiz təəssübkeşi, dövlətçiliyimizin xilaskarıdır” fikrini vurğulayıb və qonaqlara minnətdarlığını çatdırıb.

Ağgül Mərdanova,

Xətai rayon Mərkəzi Kitabxanasının Baş kitabxanaçısı

kit-5

kit-1

kit-4

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN