Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti Ali Səviyyəli toplantısının Türkiyədə keçirilməsi planlaşdırılır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən əldə etdiyimiz məlumata görə, VIII Qlobal Bakı Forumu və Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Türkiyəyə səfər çərçivəsində, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibliyinin əməkdaşları Türkiyə Böyük Millət Məclisinin sabiq sədrləri Hikmət Çətin, Cəmil Çiçək, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Ekmeleddin İhsanoğlu, sabiq xarici işlər naziri Yaşar Yakışla bir sıra görüşlər keçiriblər: "Görüş zamanı COVID-19 dövründə Mərkəzin apardığı beynəlxalq fəaliyyət, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin iştirakı ilə keçirilən veb-konfranslar, 44 günluk Qarabağ müharibəsi zamanı Mərkəzin təşkil etdiyi xüsusi müzakirələr və COVID-19-la bağlı yayılan beynəlxalq bəyanatların əhəmiyyəti müzakirə olunub".

Məlumatda həmçinin, Mərkəzin növbəti Ali Səviyyəli toplantısının Türkiyədə keçirilməsinin müzakirə olunduğu bildirilib.

ELBAR

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN