Son zamanlar Azərbaycan TV-lərində gənc nəslin sağlam həyat tərzindən gen-bol bəhs edildiyi halda, bir tərəfdən də TV ekranlarında, seriallarda spirtli içkilərin reklamlarına geniş meydan verilməkdədir. Məsələ ilə bağlı tanınmış hüquqşünas, "Polisə dəstək" İB-nin sədri Şəmsəddin Əliyev belə mövqe sərgilədi:
-Bir müdrik yəhudidən nədən üzüldüyünü soruşduqda belə cavab vermişdi: Allahın yaratdığı İNSANın hərəkətlərini gördükdə əzab çəkirəm. Əvvəlcə pul qazanmaq üçün bütün sağlamlığını qurban verir. Sonra topladığı pulu sağlamlığını bərpa etməyə sərf edir.... Gələcəyindən o dərəcədə narahat olur ki, sanki bu günü bir daha təkrarlanmayacaq, ləzzət almayacaq. Beləliklə, o , bu günü və gələcəyi üçün yaşamır. Heç vaxt ölməyəcək-deyə yaşayır, ölüm gələndə isə yaşamadığına təəssüf edir...
***
Hamıya xatırlatmaq yerinə düşərdi ki, həyat bizdən elə sürətlə uzaqlaşıb qaçır ki, sanki ona bizimlə bir yerdə olmaq maraqlı deyil. Əzizlərim, dünən artıq yoxdur, bu gününümüzü mənalı yaşayaq, sabahın olmayacağı da mümkündür. Bu günümüz həyatımızın ən yadda qalan və yaxşı günüdür. Bunlar bizdən asılıdır... Tale bizə artıq heç nə vermir (verməyəcək). Bəzən verdiyini də nə vaxt, necə aldığının fərqində olmuruq. Amma inam və ümid bizi yaşamağa sövq edir. Yaşamağa məhkumuq! Hər kəsin öz saatı, özününküləşən vaxtı və vədəsi var. Texnikasız-internetsiz, televizorsuz, kondisionersiz... yaşayan dövrümüz də olub. İndi bunlar var, amma ədəb, abır, həya, mədəniyyət, nələr, daha nələr... qıtlaşıb. İndiki televizorlar reklamlara möhtacdır. "Kişidən kişi iyi gələr", "qadın alt bezləri", "prezervativlər"yenə nələr-nələr- mənəviyyatımıza zidd nə varsa pulla reklam olunur.Mənəviyyatımız pulamı satılır!? Spirtli içkilər reklam olunur... Yenə bir məsəl çəkmək zorundayam.
***
Həyatda ilk yerdə tərbiyə, sonra təhsil və mədəniyyət durur. Fizika-riyaziyyat fakültəsinin professoru peşəsinə xas tərzdə tələbələrinin hər zaman yadda qala biləcəyi üçün lövhədə böyük -1- rəqəmini yazır. Auditoriyaya baxıb izah edir: Bu 1 rəqəmi insanlığınızdır-həyatda ən mühüm keyfiyyət və dəyər ölçüsü. Sonra 1-in yanına bir -0- əlavə edib deyir: Bu da sizin insanlığınızı 10 dəfə artıran nailiyyətlərinizdir. Sonra 1-in yanına bir 0 -da əlavə edir. Bu da təcrübəniz sayəsində 100 dəfə böyüyəcəyinizdir. Və slfırları artırır... Ehtiyatlılıq (ınsanlara, vətənə sevgi), müvəffəqiyyətləriniz və s. hər dəfə əlavə olunan 0-lar sizi-insanı 10 dəfə zinətləndirir-deyə professor inamla auditoriyaya xitab edir. Birdən professor sıfırların önündə sərkərdə tək duran biri pozur. Sıfırlar vecsiz bir görkəmdə olanda deyir: Sıfırlar daha heç nədir. Əgər insanlıq olmazsa o birilərin nə faydası olacaq, nə də, dəyəri!
Niyə buna lüzum gördüm: Son günlər hüquqi yanaşmadan kənar müəyyən diqqət cəlb edən və ikrah hissi doğuran "feministçi"qadınların mini geyimdə, asayişi qoruyan polisə açıq hörmətsizliklə müşayət olunan, vətəndaş itaətsizliyi ilə seçilən hərəkətlərilə "tabut" daşıması, polis binasının ön şüşələrini boyaması, "mən jurnalistəm" haray qoparıb təkrar-təkrar bu addan sui-istifadə edərək ictimai münasibətlərə zidd davranışları professorun dediyi insani keyfiyyətlərin qıtlığıdır. Allah bütün müsəlman qadınlarını həmişə üstün etsin. Hər an "O dünya da var" düşünüb həddimizi aşmayaq!
Həddi aşmağa imkan verilməsin! Hər kəs öz yerini bilməlidir!
Təqdim etdi: A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN