…Sürücülər üçün ən əlçatan informasiya mənbəyi təbii ki, radiodur.

Radionun dalğaları dəyişdikcə sürücülər də öz əhvalına və zövqünə uyğun gələn radionu dinləmək istəyir. Bu sırada ASAN Radio da var. «Təzadlar»a yazan oxucularımızdan biri maraqlı xəbər paylaşıb. Yazır: «…Sükan arxasına keçən kimi radionu açıb gündəlik xəbərləri və ya maraqlı musiqiləri dinləmək istəyirəm. ASAN Radionun verilişləri və xəbərləri bitən kimi, radionun redaktoru Emin Musəvinin dilindən belə bir reklamlı xəbər səslənir ki, bu radio Prezident İlham Əliyevin tapşırığı ilə yaradılıb… Bilmək istəyirəm ki, digər rəsmi radio və TV-lər kimin tapşırığı ilə yaradılıb? Yəni, Asan Radionun bu elanları Prezidentin adından reklam kimi istifadə deyilmi?».

Bəli, belə hala biz də rast gəlirik. Təbii ki, bunlar oxucunun subyektiv mövqeyidir. Lakin o da var ki, digər TV və ya radioların də bir çoxu Prezidentin sərəncamları və ya göstərişləri ilə Azərbaycan həqiqətlərinin dünyaya yayılması üçün yaradılıb. Belə çıxır ki, onda hamı Prezidentin tapşırığı və ya göstərişi, Sərəncamı və s. ilə yaradıldığını daim elən etməldidirmi?

Bütün hallarda, media ekspertləri və ya hüquqşünaslar bu barədə qənaətini bölüşə bilər ki, belə bir elanda reklam sui-istifadəçiliyi var, ya yox?!

«Təzadlar»

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN