İyulun 6-da dünya şöhrətli fotoqraf Reza Deqati AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

Bu barədə Tezadlar.az-a MEK-dən məlumat verilib. Bildirilib ki, görüşdə R.Deqatinin nümayiş etdirdiyi fotolardan təsirləndiyini deyən MEK-in baş direktoru professor Məmməd Əliyev 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fotojurnalistin xidmətlərini vurğulayıb. Bildirilib ki, müharibə günlərində Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətlər, mənfur qonşularımız tərəfindən amansızlıqla dağıdılan şəhərlərimizin görüntüləri geniş auditoriyaya fotolar vasitəsilə xüsusi peşəkarlıqla çatdırılıb.

Reza Deqati azad olunmuş ərazilərə səfərləri, görülən işlər və gələcəkdə reallaşdırıla biləcək layihələr barədə danışıb. Bu baxımdan, Mərkəzi Elmi Kitabxanada qorunan nəşrlərin, sənədlərin faydalı ola biləcəyini deyib.

Daha sonra qonaq MEK-lə daha yaxından tanış edilib. O, MEK-in Qarabağ müharibəsi qəhrəmanları və Nadir kitablar və qiymətli nəşrlər fondlarında Qarabağın etnoqrafiyasına, tarixinə dair dəyərli nəşrlərə baxıb, qonağa buradakı guşələr haqqında məlumat verilib.

Görüşün sonunda R.Deqatiyə MEK tərəfindən “Heydər Əliyev İli” çərçivəsində hazırlanan illik təqvim hədiyyə edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN