Marneulidə fəaliyyət göstərən "Azərbaycan Evi"nin təşkilatı dəstəyi ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə əlaqədar fotosərgi açılıb.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi tərəfindən icra olunan “Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsi çərçivəsində gerçəkləşib. Foto-sərgiləri ziyarət edən "Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi"nin könüllü gəncləri arasında fotolar vasitəsilə Şuşa musiqiçiləri və Şuşanın mədəni irsi haqqında məlumatlılıq artırılıb, sərgi iştirakçılarına layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb. Layihə rəhbəri Fərhad Abdulov bildirib ki, layihənin məqsədi Şuşanın tarixinin və mədəni irsinin yerli, azərbaycanlı və gürcü gəncləri arasında təbliğ edilməsindən ibarətdir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN