...1962-ci ildə yaradılmış MAQ-ın tarixi əslində 1957-ci ildən başlayır. Belə ki, 1957-ci ildə Elmlər Akademiyasında kristalloqraf-alim Xudu Məmmədov və tarixçi Oqtay Eldəgəzin təsadüfi tanışlığı onların əqidə birliyini üzə çıxarır. 1962-ci ilin dekabrın 27-də 95 nəfər Azərbaycan ziyalısı bir araya gəlir. Belə bir çətin tarixi dövrdə 2–3 nəfər istisna olmaqla, biri-birini tanımayan 100-ə yaxın insanın milli mübarizə üçün toplaşması Azərbaycan xalqının milli mübarizə yolunda hər şeyi gözə alması demək idi. Həmin toplantıda MAQ-ın (Milli Azadlıq Qərargahının) yaradıldığı elan edilir, Oqtay Eldəgəz sədr, görkəmli alim, akademik Xudu Məmmədov işə müavin seçilir.
Hələ 1956-cı il, sentyabrın 16-da İran şahı Məhəmməd Rza Pəhləvi xanımı Sürəyya xatunla ilk dəfə Moskvaya gələrkən gizli qapılar arxasında Azərbaycan SSR-in Astara rayonundan tutmuş Yardımlıya kimi 5 kilometrlik torpaq zolağının əvəzsiz olaraq İrana verilməsi barədə Xruşşovdan razılıq almışdı.Bu zaman Milli Azadlıq Qərargahı hələ yaranmamışdı, lakin gələcəkdə Milli Azadlıq Qərargahını qurub təşkilatlandıracaq milli mübarizə mücahidləri bu hadisədən xəbər tutmuşdular. Akademik Yusif Məmmədəliyev və Xudu Məmmədov bu xəbəri eşidən kimi torpaqların verilməsinin qarşısını almağa başlayır.
Azərbaycan SSR Nazirlər Sovetinin sədri Sadıq Rəhimov onlara kömək etməyi öz öhdəsinə götürür.MK-nın 1-ci katibi İmam Mustafayev aramsız təzyiqlər fonunda Azərbaycan SSR-in şərtini yumşaq tərzdə Kreml rəhbərliyinə yetirir. Nəhayət, Azərbaycan SSR-in istəyi SSRİ-nin rəsmi mövqeyi kimi İran dövlətinə bildirilir ki, Tehranın torpaq arzuları geri götürüldüyü təqdirdə, Sovet İttifaqı İsfahan-Qırxçıraq (Şirvan) qaz boru kəmərinin öz ərazisindəki inşaat xərclərini öz üzərinə götürür və Araz çayı üzərində müştərək su-elektrik qovşağının tikintisinə icazə verir. Bu ilk növbədə Sadıq Rəhimovun və yeni vüsət almış Milli Azadlıq Qərargahının ilk uğurları idi. Qərargahın uzvü olan tanınmıs şəxslər(Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Rüstəm Səfərəliyev, Xalq artisti Yusif Vəliyev və basqaları) sonrakı illərdə də fəaliyyətlərini davam etdirirdilər...
Namiq HƏSƏNOV
Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN