Müğənni Sevinc Musayeva təzəlikcə öz ad günündə nişanlanıb. Amma Sevinc xanım 2016-cı ilin iyun ayında belə deyirdi: “Bu gün müğənni ilə ailə qurmaq çətindir. Mən çox tərbiyəli bir ailənin övladıyam. Amma üzərimdə müğənni adı var deyə, heç bir bəy mənimlə ailə qurmağa risk etmir”.

P.S. Hə, indi çox maraqlıdır. Üzərində müğənni adı olan Sevinc xanımla nişanlanmağa risk edən bu bəy, görəsən kimdir? Sevinc xanım da belə risk edən bəyin üzünü bağlayıb ki, birdən göz dəyər. Bəlkə də üzərində müğənni adı olan başqa bir xanım, onu oğurlayıb ələ keçirdi? Belə şeylər şou əhlində adi haldır. Ya da bəyi, üzərində müğənni adı olan bir xanımla nişanlanmağa görə hoydu-hoyduya götürərlər və yazıq bəy də bu addımından peşiman olub qaçar. Bundan sonra üzərində müğənni adı olan Sevinc xanıma nişanlanmağa bir də kimsə risk edərmi? Çətin məsələdir. Sevinc xanım, sən də bəyin üzünü yox e, əlini, ayağını bağla ki, səni qoyub qaçmasın. Belə risk edən bəyi toya qədər saxlaya bilsən Allah sizi xoşbəxt eləsin!

*** 

Ötən həftə Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan ilə görüşüb. Görüş zamanı H.Hacıyev Hindistan hökumətinin Ermənistana öldürücü silahların verilməsini və buna görə Azərbaycan tərəfinin narahatlığını səfirin diqqətinə çatdırıb və bildirib ki, belə münasibət Qafqazda sülh prosesinə mane olur.

P.S. Deməli, uşaqlıqdan sevə-sevə filmlərinə baxdığımız Hindistan hökuməti ermənipərəst imiş. O saat hiss olundu ki, qan çəkir. Yəni, indiki ermənilərin babaları Hindistan qaraçılarıdır və vaxtilə də oradan Azərbaycana gəliblər. Onda belə çıxır ki, indiyə qədər sevə-sevə baxdığımız hind kinolarının bütün qəhrəmanları, o cümlədən “Tansor Disko”nun baş qəhrəmanı qaraçı kimi küçələrdə rəqs eləyən Cimmi də erməni ilə qardaşdır. Allah bu qardaşlığı onlara və Hindistan hökumətinə çox görsün!

***

Neçə günlərdir ermənilər Laçın dəhlizindən maneəsiz keçmək üçün gah oturaq aksiya keçirir, gah hay-küy salırlar ki, acından ölürlər, gah humanitar yük dolu TIR-lar sərhəddə gözləyir, gah da bütün dünyaya “humanitar fəlakət” deyib car çəkirlər.

P.S. O məsəl var e, “ayının min bir oyunu var, bir armudun başında”. İndi rus ayısı da ki, ermənilərin düz yanındadır və heç “mık” da eləyə bilmir. Elə-beləcə də rus ayısının gözü önündə çərləyib öləcəksiniz, daşnak köpək uşağı...

***

İsveçin NATO-ya qatılması ilə bağlı Türkiyənin qərarını tənqid edən rusiyalı deputat Pyotr Tolstoy Türkiyə-Rusiya dostluğunu hədəfə alaraq deyib: “Qara Dəniz üzərində hökmranlıq Rusiya Silahlı Qüvvələrinin əlində olmalıdır. Ukraynada işimizi bitirən kimi İstanbul və Çanaqqala boğazlarını vuracağıq”.

P.S. Ay sən öləsən! Gösərən, bu sözləri deyəndə Pyotr nə qədər vurubmuş? Ay bədbəxt, İstanbul və Çanaqqala boğazları sənin üçün yarım litr araq deyil e, vurasan. Belə yarım litrləri doğrudan da, nə qədər istəsən vura bilərsən. Bu bir! İkincisi isə, biləsən ki, hər adı Pyotr çar birinci Pyotr ola bilməz. Amma türklərin sənin kimi “po dalşe”, yəni “na xer” göndərdikləri 100-cü və ya 1000-ci Pyotr ola bilərsən.

***

Tehrandakı ermənilərin Qarabağ ermənilərinə dualar oxumasından və aramsız kilsə zənglərinin çalınmasından bəhs edən yazıya bir qəzetdə belə başlıq qoyulub. “Bütün İran iki günlüyə “erməniləşdi” – ermənilər ölkəni Qarabağ dualarına qərq etdi...”

P.S. Yazının müəllifi olan həmkarımız Günel Cəlilova, bununla da böyük bir yanlışlığa yol verib. Rəhmətliyin nəvəsi, məgər sən bilmirsən ki, İran iki günlüyə yox, elə ilin 365 gününü erməniləşir dəə...

***

Mətbuatda belə bir fikir səslənir ki, “ləğv edilmiş Minsk qrupu ərazi bütövlüyümüzə təhlükə törədə bilərmi?”

P.S. Mən başa düşə bilmirəm. Məgər qəbiristanlığa gedən ölü nə vaxtsa qayıda bilər ki? Bədbəxt uşağı, bədbəxt, Minsk qrupu onsuz da ölü kimi bir şey idi. Bizim Zəfərimizlə başa çatan 44 günlük döyüş isə, Minsk qrupunun fatehəsini verib, birdəfəlik dəfn elədi. İndi Fransa kimi ermənipərəst dövlət nə qədər çalışsa da, onun erməni qanı daşıyan prezidenti Makron nə qədər Şeyx Nəsrullahlıq eləsə də, Minsk qrupu kimi ölü bir daha dirilən deyil.

***

Müğənni İzzət Bağırov qonaq olduğu verilişlərin birində toyda başına gələn maraqlı hadisələrdən birini belə nəql edib: “Toy 7-nin yarısında başladı. 700 nəfərlik zalın 400 nəfəri ortalıqda süzürdü. Mən də dayanmadan oxuyuram. Hərdən istəyirəm yanımdakı tanımadığım müğənni qız da bir mahnı oxusun ki, beş dəqiqə dincəlim. Dərhal toy yiyəsi işarə edir ki, özün oxu. Artıq gecə 12-yə 10 dəqiqə qalıb. Sevinirəm ki, məclis başa çatar. Bu zaman toy yiyəsi mənə yaxınlaşıb dedi ki, “Hacı, daha saat 12-dir. Barı bundan beləsini özün oxu, mən sənin səsini eşitmədim”. Yandım, töküldüm”.

P.S. Ay İzzət, niyə yanım tökülürsən ki? Fonoqramla ağzını açıb-yumubsan, toy yiyəsi də buna gecə saat 12-yə qədər dözüb. Ona görə də gəlib deyib ki, barı bundan sonra özün oxu, mən sənin səsini eşitmədim. Yoxsa sən İzzət hara, 4-5 saat canlı oxumaq hara???

-****

Müğənni Röya Ayxanın xalası qızı Aygül də oxumağa başlayıb. Təzəlikcə “Mənə bax” mahnısı bütün musiqi platformalarında təqdim edilib.

P.S. Sən öləsən, işimiz var dəə... Röyadan gül dərmişik, xalası qızından gülab çəkəcəyik. Elə bil bu şou biznes bazarı uralanmış bostandır. Kim gəldi girir e. Bu, lap o məşhur lətifədə deyildiyi kimi, əhalinin əkin-bostanını dağıdan bir fil azlıq edirmiş kimi, Bəhlul Danəndə şahdan tək fil darıxır deyə ikincisini istəməyə bənzəyir. İndi Röyanın gənclərimizin mənəviyyatına, adət-ənəmizə vurduğu zərbə az imiş kimi, xalası qızı da bu yandan çıxdı. Görəcəkli günlərimiz var imiş, mən ölüm.\

***

Aparıcı Xoşqədəm Hidayətqızı “İnstaqram” hesabının hekayə bölməsində paylaşdığı fotoda bu sözləri yazıb: “Çiçəyin zibillikdən daha gözəl olduğunu milçəyə başa sala bilməzsən”.

P.S. Səhvin var, Xoşqədəm xanım, səhvin var. Yeri gəlsə, milçəyə başa salmaq olar ki, çiçəklik, güllük zibillikdən daha gözəldir. Amma səsi, sənəti olmayan, yalnız səhnədə, efirdə soyunmaqla gündəmdə qalan şou-əhlinə başa salmaq olmur ki, gül-çiçək kimi səhnəni, efiri batırıb, zibilliyə döndərməyin. Bu müqəddəs səhnə sizlik deyil. Xeyri yoxdur ki, yoxdur. Bunlar gül kimi mədəniyyətimizi belə zibilə döndəriblər. Milçəyi yenə qovarsan gedər. A kişilər, bu şou əhlini qovursan, tənqid edirsən, lap yeri gələndə sosial şəbəkədə söyürlər, yenə də getmirlər. Başa salırsan ki, insanların musiqi zövqünün içinə... tort qoyub zibilləməyin, amma nə fayda? Səhnədən, efirdən və sponsordan zəli kimi yapışıb qopmurlar. Əşi, nə danışırsan e, yenə də milçəklərə min şükür...

ELÇİN

elcin-mmmdli

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN