...Kino sənətində kimsənin bacara bilməyəcəyi səviyyədə mükəmməl Nəsimi və Babək obrazlarını yaradan, Azərbaycan Mədəniyyətində dərin iz qoyan canlı klassik, görkəmli kinoaktyor Rasim Balayev “İstiqlal” ordeninin təqdimatında Prezidentlə səmimi söhbət etdi, alicənab ziyalı olaraq yaradıcılığına verilən yüksək dəyərə görə ürəyindən keçən hərarətli sözlərlə Dövlət başçısına minnətdarlıq etdi, tarixi Qarabağ Zəfərinə görə Ali Baş Komandan kimi təşəkkürünü bildirdi.
Burda nə var ki?!
Amma sən demə, həmin an dünya dağılıbmış!!! Günah da Rasim Balayevdə imiş... Prezidentlə görüşdə o “utanmadan”, “xəcalət çəkmədən”, “yaltaqlıq” edib, “Babəksiniz” deyib və bununla da dünyanı darmadağın edib... Əlbəttə, yaxşını görə bilməyən və yaxşıları gözü götürməyənlərin dünyasını!
Rasim Balayevin bu xalq, bu vətən üçün etdiyinin milyonda birini etməyənlər ona irad tutur, lağ edir... Dahi M.Ə.Sabir demişkən, əcəb gülməlisən, ey Rasim Balayevi tənqid, təhqir edən xanimanxərab! Yaxşısı budur lal ol və danışma, a balam!
Çünki həqiqət başqadır: Çalışdığım uzun illər ərzində çox görmüşəm ki, özünün əlindən bir xeyirli iş gəlməyən, daim ona-buna lağ edən, paxıllıqla ayama-qaxma deyən, yaxşılara qara yaxıb, donos yazan, hər şeyə “mız” qoyan bu sayaq adamlar özləri xəlvətə düşəndə nəinki Dövlət başçısı cənab Prezidentlə görüşmək, onun diqqətinə və təqdirinə nail olmaq, hətta adicə Aparatda çalışan İşlər idarəsinin sıravi təsərrüfat xadiminə belə ötəri salam verməyi şərəf biliblər. O ötəri salamı verə bilmək üçün nə qrimaslar göstəriblər. Və sonra da gedib evdə, qohum-əqraba yanında bu “uğurları” ilə fəxr edib, “böyük adamlarla oturub-durduqlarından” danışıblar... (Təfsilat - gələcək Memuarlarda)
Odur ki, həmin tiplər üçün yenə dahi M.Ə.Sabirin tipajlarından bir sitat:
“Məndə ar olsaydı, ölmək ixtiyar etməzmidim?
Abrunun nolduğun bilsəydim, ar etməzmidim?”
Akif ƏLİ,
Yazıçı-publisist
Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN