Azərbaycanın Elm və Təhsil Nazirliyi Gürcüstandakı azərbaycandilli məktəblər üçün 2023-2024-cü tədris ilində istifadə edilməsi nəzərdə tutulan dərsliklər və müəllimlər üçün metodik vəsaitlər göndərib.

 Tezadlar.az xəbər verir ki, bu gün Tbilisiyə çatdırılmış kitablar Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəsilə Gürcüstanın Təhsil və Elm Nazirliyinə təhvil verilib. Bildirilib ki, Gürcüstanın Təhsil və Elm Nazirliyinə 18 adda 21 402 nüsxə Ana dili və ədəbiyyatı dərsliyi təqdim edilib. Bu dərslik və metodik vəsaitlər Gürcüstanın Təhsil və Elm Nazirliyi tərəfindən azərbaycandilli məktəblərə paylanacaq. Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Kaxa Xandulişvili jurnalistlərə müsahibəsində göstərilən diqqət və qayğıya görə, Azərbaycan hökumətinə təşəkkür edib: "Azərbaycanın Təhsil Nazirliyinə Gürcüstana göndərdiyi dərsliklərə görə təşəkkür edirik. Azərbaycan hökumətinin dəstəyi ilə Gürcüstandakı Azərbaycandilli məktəblərin şagirdləri yeni və müasir tərtibatda olan "Azərbaycan" və "Ədəbiyyat" dərslikləri ilə təmin olunur. Yeni dərs ili başlayana qədər nazirlik dərs vəsaitlərini məktəblərə çatdıracaq. Azərbaycandan hər il göndərilən dərs vəsaitlərinin sayı məktəblərin ehtiyaclarının qiymətləndirilməsindən sonra müəyyənləşən kvotaya uyğun olur", - deyə Kaxa Xandulişvili vurğulayıb.
 Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov isə öz müsaibəsində bildirib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin də xüsusi tapşırığı əsasında, Gürcüstanda yaşayan azərbaycanlılar üçün hər il Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəblərinə dərslik və digər metodik vəsaitlər pulsuz olaraq göndərilir. O, bundan sonra da, bu ənənənin davam etdirləcəyini bildirib.
Azərbaycan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən etibarən Gürcüstanda Azərbaycan dilində təhsil alan I-XI sinif şagirdləri üçün dərsliklər göndərməkdədir. Bugünədək Azərbaycanın Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı azərbaycandilli məktəblərə ümumilikdə 670 mindən çox dərslik və digər metodik vəsait göndərilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN