Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məhərrəm ayında toy keçirilməsi ilə bağlı açıqlama verib və sərt tənqidə məruz qalıb.

Sitat: “Məhərrəm ayında toy etmək icazəli deyil. Bu, şəhidlərə qarşı hörmətsizlik, Peyğəmbərin ailəsinə qarşı bir təhqirdir. Bir xalqı xalq edən onun milli və mənəvi dəyərləridir. Məhərrəm ayı Azərbaycan xalqının əsrlər boyu ruhundan süzülüb gəlib. XIV əsrdən bəri Azərbaycanın qan yaddaşına yazılıb. İmam Hüseyn İslam aləmində insanlığın kamil nümunəsidir. Məhərrəmlikdə sevinmək nə qədər icazəli deyilsə, toy etmək də o qədər icazəli deyil: Biz övladlarımızı böyüdürük, gələcək nəsillərin inkişafı üçün onları evləndirib, xeyir-dua veririk. Toy vaxtını isə 3-4 ay öncədən təyin edirik ki, əlamətdar gün olmasın. Yəni şəhidlik, torpaqlarımız işğal altında olan zaman işğal günlərində toy keçirilmirdi. Bu, bizim inancımızdır, heç vaxt unutmamalıyıq. Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99% sual altındadır. Əgər ailə səadətindən, xoşbəxtlikdən danışa bilmiriksə, uşaqların sağlamlığı da sual altında olacaq. Bir din xadimi olaraq bu, mənim subyektiv fikrimdir. İslam fəlsəfəsində bir məsələ qeyd olunur. Dünyada tam xoşbəxt və tam bədbəxt insan yoxdur. İnsanlar həyatda elə iş qurmalıdırlar ki, gələcəkdə ailələrinin, balalarının xoşbəxtliyini sual altında qoymasınlar”.

 Sosial şəbəkələrdə sərt tənqid ifadə edənlərin fikirlərindən biri də budur ki, məsələn, Hacı Surxayın bu fikri heç bir elmi əsasa söykənmir: «Hacı Surxay və digərləri dindən danışanda ən azı elmi əsaslanmalara söykənməlidirlər… «Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99% sual altındadır» deyən Hacı bir nümunə gətirmir ki, məsələn, filankəs Məhərrəm ayında toy etdi və xöşbəxt olmadı, yaxud uşaqları şikəst doğuldu və s. Onsuz da hər ay o qədər boşanan, yaxud övladı şikəst doğulan ailələr olur ki. Bəs bunlara nə deyək? İkincisi, axı İslam bir elmidir, Quran kitabı bu elmin Ali kitabəsidir, mənbəyidir. Elə isə, fakta, elmi əsasa söykənməyən fikir və ya dəlil necə qəbul edilə bilər? Hacı Surxay, sanki 600 il keçmişdə yaşayır və insanların o dövrdəki dünyagörüşünə hesablanmış fikirlərini söyləyir...».

Bəli, hər bir deyilən fikir, söylənilən ifadə konkret fakta, elmi əsasa söykənməlidir. Əks halda, ona heç kim inanmaz…

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN