...İçərişəhər Cümə Məscidinin axundu Hacı Surxay açıqlamasında öz geri zəkalı fikrilə aləmi bir-birinə qatıb.

Belə yerdə deyiblər, “bir dəli bir quyuya daş atdı, yüz ağıllı onu çıxara bilmədi”. Hacı Surxay şou əhli bir-birini söyüb reklam etdikləri kimi, əcəb reklam yolunu tapıb. Gəlin əvvəlcə hacının açıqlaması ilə bir daha tanış olaq, sonra fikriməzə davam edərik. Sitat: “Məhərrəmlikdə sevinmək nə qədər icazəli deyilsə, toy etmək də o qədər icazəli deyil. Biz övladlarımızı böyüdürük, gələcək nəsillərin inkişafı üçün onları evləndirib, xeyir-dua veririk. Toy vaxtını isə 3-4 ay öncədən təyin edirik ki, əlamətdar gün olmasın. Yəni şəhidlik, torpaqlarımız işğal altında olan zaman, işğal günlərində toy keçirilmirdi. Bu, bizim inancımızdır, heç vaxt unutmamalıyıq. Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99% sual altındadır. Əgər, ailə səadətindən, xoşbəxtlikdən danışa bilmiriksə, uşaqların sağlamlığıda sual altında olacaq. Bir din xadimi olaraq, bu, mənim subyektiv fikrimdir”.

Əcəb məntiqdir, minlərlə toy edib ailə quran gənclərə “xoşbəxtliyi 99% sual altındadır”- deyərək ürəklərinə xal salıb, psixoloji problem yaratmaqla, mədəni surətdə qarğış edəsən, sonra da deyəsən ki, “bu, mənim subyektiv fikrimdir”. Bu məntiqlə çıxış etsək, mən də deyə bilərəm ki, Hacı Surxay bu düşüncəsilə Kərbala müsibəti baş verən 16 əsr geridə qalıb, özünün də başı heç nədən çıxmır. Bundan sonra qeyd edərəm ki, bu, mənim subyektiv fikrimdir. Ancaq, mən belə demək istəmirəm, sadəcə bildirmək istəyirəm ki, Hacı Surxayın bu düşüncəsi yanlışdır və çoxsaylı gənclərin psixologiyasına mənfi təsir edən haldır. Görün məhərrəmlikdə nə qədər ailə quran gənclər fikirləşəcəklər ki, biz xoşbəxt olmayacayıq.

Adam ağzından söz çıxaranda, yaxşı-yaxşı fikirləşib sonra onu dilə gətirməlidir. Görünür, həmin gün Hacı Surxay pis yuxu görüb və yuxudan ayılan kimi belə məntiqsiz subyektiv fikir irəli sürüb. Məhərrəmliyin İranın təsiri ilə Azərbaycanda yüksək səviyyədə qeyd olunması, görünür Hacı Surxayın beynində hisslərini affekt halına gətirib, yəni patlayış baş verib, nəticədə bir çox gənclərə ağır, mənəvi və psixoloji zərbə vuran açıqlama verib.

Əgər Hacı Surxay o müdhiş yuxudan tam ayılıbsa, ona bir sual vermək istəyirəm. Hörmətli, axund, bildiyimiz kimi, peyğəmbərimiz, həm də böyük alim  Məhəmməd Peyğəmbər milliyyətcə ərəb olub, müqəddəs Qurani-Kərim Ərəbistanda yaranıb, imamlarımız hamısı ərəbdir, Məkkəmiz, Mədinəmiz Ərəbistandadır. İndi sual belədir, hörmətli Hacı Surxay, bəs bu ərəblər Məhərrəmliyi niyə keçirmirlər? Bu sualdan doğan ikinci bir sual:- Niyə ərəblər aşura gününü matəm yox, bayram kimi qeyd edirlər?

Hörmətli Hacı Surxay, sən bu suallara cavab verə bilərsənmi? Bəlkə biz Roma papasından artıq katolik olacağıq? Dinimizin paytaxtı olan Ərəbistanda məhərrəmlik keçirilmirsə, bəs bizə nə düşüb? Hacı, sən Allah demə ki, onlar sünnidir. Onda belə çıxır ki, İslam dininin yaradıcısı peyğəmbər qurban olduğumuz sünnidir və şiələr özlərinə ayrı peyğəmbər tapmalıdır? Prinsip etibarilə şiələr imam Əlini az qala peyğəmbər kimi görürlər. Ona görə də İran İslam Respublikası İmam Əlinin doğum və vəfatı günlərini böyük təntənəylə qeyd edir, lakin Məhəmməd Peyğımbərin doğum və vəfat günlərini yada salmırlar. Bu səbəbdən də peyğəmbərimizin Quranda yazdığı “hər bir müsəlman 5 rükət namaz qılmalıdır”-ayəsinin ziddinə olaraq farslar 3 rükət namaz qılırlar. Bundan əlavə, Qurani-Kərimdə yazılmış və hər bir müsəlmanın dilinin əzbəri olan Kəlmeyi-Şəhadətə farslar “Əliyəm vəliyullahi” artırmaqla yenə də peyğəmbərin ziddinə gediblər. Hörmətli Hacı Surxay, deyə bilərsənmi özünü islam respublikası adlandıran İran niyə Qurani-Kərimin və peyğəmbərin ziddinə gedir?

Ərəblərin məhərrəmliyi qeyd etməməsi yəqin ki, səni düşündürəcək. Ərəblər ona görə aşura gününü bayram kimi qeyd edirlər ki, məhz həmin gün islam dinini Həsən və Hüseyn tərəfdarlarından xilas ediblər. Tərəfdar dedim yadıma düşdü. Hacı Surxay, bilirsənmi müsəlmanı iki yerə parçalamaq üçün sünni və şiəliyi kim ortaya atıb və mənası nə deməkdir? Sünni, sünnə sözündən, yəni doğru, düzgün, peyğəmbərin qoyduğu yol ilə gedən deməkdir. Şiə isə tərəfdar mənasındadır,   yəni, Əli tərəfdarları deməkdir. Belə çıxır ki, sünnilər haqqlıdır, çünki onlar peyğəmbərin qoyduğu yol ilə gedərək, Qurani-Kərimdən kənar hadisələri, faciələri qəbul etmirlər. Hörmətli axund Hacı Surxay, yəqin onu da bilməmiş olmazsan ki, şiələr, yəni Əli tərəfdarları, başda Həsən və Hüseyn qardaşları olmaqla öz dövründəki xəlifə Müaviyəyə müxalifət olublar. Yəni tarixin dediyinə görə, onu içki düşkünü adlandırıb, hakimiyyəti ilə barışmaq istəməyiblər. Bununla mən sənin yersiz və məntiqsiz dediyin “məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99% sual altındadır” ifadələrinə aydınlıq gətirirəm.

Müsəlmanı parçalamaq üçün sünni-şiəliyi isə ingilislər ortaya atıblar. XVI əsrdə iki ingilis Quranı-Kərimi oxuyublar və görüblər ki, bu, çox mükəmməl bir kitabdır. Bu kitabla silahlanan müsəlman yer üzünə ağalıq edəcək və onun qarşısını heç bir qüvvə kəsə bilməz. Onə görə də bu iki ingilis, ingilis bicliyi ilə adlarını ərəb qoyaraq, islam tarixində olmuş həmin iki əmioğlu ərəbin bir-birini qırmasını qabardaraq geniş yazılar yazmış və bunu da hər tərəfə yaymışlar. Sonra İrana belə bölücülük sərf etdiyindən şiə məsələsinin müdafiəçisinə çevrilmişdir. Rəhmətlik akademik Vasif Məmmədəliyev, Bülbülədə yaşamış, vaxtilə Azərbaycan televizayasında çox sanballı  dini verilişlərin aparıcısı olmuş, hər iki gözdən şikəst Ramiz Faseh və bu kimi digər  dinşünaslarla söhbətlərdən aldığım məlumatdır ki, indi burada ərz edirəm.

 Nə yazıqlar olsun ki, Hacı Surxayın Məhərrəmliklə bağlı dediyi yalnışlıqları tənqid edənlərdə də sanki bir qorxu hissi var. Çünki tənqidi o qədər zəif  edirlər ki, etməsələr ondan yaxşıdır. Tənqid edənlərin əksəriyyəti məhərrəmliyi yüksək səviyyədə dəstəkləyirlər, bircə toy məsələsində Hacı Surxayı qınayırlar. Hələ bircə nəfər dinşünasın, dini ekspertin dilinə gəlməyib ki, ərəblər məhərrəmliyi qeyd etmirlər.

Yuxarıda qeyd etdik ki, imamların qohum-əqrabası olan ərəblər belə, məhərrəmliyi qeyd etmirlər. Ona görə də ərəblər məhərrəm ayında da, başqa aylarda olduğu kimi toy edib evlənirlər, nəsil artırırlar və dünyaya gələn uşaqlarında da heç bir problem yoxdur. Bəs Hacı Surxay, səndə hansı problemin  var ki, heç bir elmi və dini kökə əsaslanmayan, çox məntiqsiz və zərərli fikri istehsal edib cəmiyyətə sırıyırsan?

Axı biz bilirik ki, insanların hamısının iradəsi möhkəm deyil. Sənin məhərrəmlikdə toy edənlərin xoşbəxt olmayacağı və uşaqlarının xəstə olacağı barədə fikirlərin neçə-neçə gəncin psixologiyanın özünə təlqin nəzəriyyəsi sayəsində sağlamlığını məhv edər və sağalmaz xəstəliyə gətirər.

XXI əsrdə məhərrəmliyin hələ də qeyd olunması, onun olmayan fəlsəfəsindən danışıb, cəmiyyətə belə təsir etməyin özü bir möcüzədir.

Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN