ANS-PRESS-in əməkdaşı eləməyib tənbəllik, şou əhlinin riyazi biliklərini yoxlayıb. Məlum olub ki, çoxları adi vurma cədvəlini belə bilmir. Müğənni, bəstəkar, şairə və hər üçündən də ala-yarımçıq olan Elza Seyidcahan isə 6 x 9-a müxtəlif cavablar verib. 54 əvəzinə gah 72, gah 56, gah da 53 deyib. Arada da 6 x 5-in cavabının 30 əvəzinə 40 olduğunu deyib.

P.S. Bu ANS-PRESS-in xanım əməkdaşının da işi-gücü qurtarıb e, mən ölüm. Rəhmətliyin nəvəsi, sən Elzadan soruş ki, iki əldən hansı qabaqda, hansı arxada olmalıdır? Sən Elzadan soruş, qadın neçə şey istəyir? Sən Elzadan soruş, Yazıçılar Birliyi rəhbərliyinin ağızlarını necə tikib ki, onu ora üzv eləyiblər? Yoxsa, başlamısan ki, 6 x 9 neçə eləyir? Elza 6 x 9-un neçə olduğunu bilsəydi, ağlına və ağzına gələni danışmaqla, gic-gic sözlər yazaraq, onları şeir adlandırmaqla bizləri dəli etməzdi. Zalımın qızı, Elza hara, elm, savad hara? Sən soruş ki, ay Elza sənin ağzını tikimmi ki, bu camaatın canı dincəlsin? Elza belə şeyləri yaxşı bilir axı...

***

Aparıcı Xoşqədəm Baxşəliyeva şəxsi “İnstaqram” səhifəsində yeni fotosunu paylaşıb. Bu fotonu dərc edən bir sayt yazıya belə başlıq qoyub: “Xoşqədəm arıqlayıb “bir dəri-bir sümük” qaldı”.

P.S. Qalar dəə... Yazıq neyləsin, adamın özünü də, verilişini də nə qədər tənqid edərlər? Bir tərəfdən də yazıq Xoşqədəmin itənləri axtarıb, tapmaqdan üzünün suyu da tökülüb, abır-həyası da qalmayıb. Elə bilirsiniz bu qədər el qınağına, danlağına dözmək Xoşqədəm xanım üçün asandır? Əlbəttə, yox! Ona görə də əriyib aradan çıxır dəə...

***

Müğənni Mətanət İsgəndərlinin keçmiş gəlini Canana verilişlərin birində onu 3 uşağını atmaqda qınayan keçmiş qayınanasını məhkəməyə verəcəyini bildirib. Canana deyir ki, Mətanət İsgəndərli mənim analıq hissimlə oynadığı üçün məhkəmədə cavab verəcək.

P.S. Deyəsən, bu Mətanət İsgəndərli və gəlini Canana arasında qayınana-gəlin davası İsrail-Fələstin davası kimi 10 illərlə uzanıb gedəcək.

***

Sentyabrın 15-də Bakının erməni daşnaklarından azad olunmasının 105-ci ili tamam oldu.

P.S. Çox maraqlı tarixdir. XX əsrin əvvəllərində Bakını erməni-daşnak cəlladlarından türk qardaşlarımızın köməyi ilə təmizləmişik. XXI əsrin əvvəllərində isə, yenə də türk qardaşlarımızın köməyi ilə 30 il əvvəl erməni faşistləri tərəfindən işğal olunmuş Qarabağ topaqlarını azad etmişik. Tarix necə də təkrar olunurmuş...

***

Son vaxtlar Emənistanın baş naziri Nikol Paşinyanın Rusiyadan uzaqlaşma siyasəti açıq-aydın görünür. Rusiya prezidenti V.Putin isə, bununla barışmarayaq Ermənistanı əldən buraxmaq istəmir.

P.S. Bu, lap bizim atalar məsələnə bənzəyir: “İt motaldan əl çəkdi, motal itdən əl çəkmədi”.

***

Xəbər verilir ki, bu ildən “İnnovativ məktəb” layihəsi çərçivəsində bir neçə təhsil müəssisəsində Sahibkarlıq fənni pilot şəklində tədris ediləcək.

P.S. Bu ideyanı kim irəli sürübsə, çox ağıllı adamdır, mən ölüm. Halal olsun, vallah. O layihənin müəllifi görür ki,  oxuyub alim olmaq olur, amma adam olmaq olmur. Yəni, alim pulu ilə adam kimi babat yaşaya bilmir. Amma sahibkarlıqla məşğul olan adam onlarla alimi əlinin altında qul kimi işlədir. Ona görə də alimləri qul əməyindən xilas eləmək üçün gələcəkdə bizə alim yox, alverçi lazımdır. Bu səbəbdən də orta məktəbdə sahibkarlıq dərsi keçirilməlidir ki, şagirdlər gələcəkdə bahalı maşın, villa, neçə-neçə obyekt, gözəl katibələr... sahibi olsun və necə deyərlər, kef-damaq içində adam kimi yaşasınlar. Afərin bu ideyanın verənlərin kəlləsinə. Əsl kəllədir, mən ölüm. İnanıram ki, növbəti pilot-layihə kimi “Məmur və sahibkarlıq” fənni də şagirdlərə öyrədiləcək. Çünki sahibkar da məmur “krışası”olmadan bir manat da qazana bilməz.

***

30 ildən sonra bu ilki bilik günündə, yəni  sentyabrın 15-də Füzuli və Laçın məktəblərində Azərbaycan himni səslənib və ilk dərsin zəngi çalınıb.

P.S. Ermənilərin və havadarlarının burcutmağına baxmayaraq (burada sözün müəllifi Tağı Əhmədovun adına bir salavat çevirək), tezliklə Xankəndidə də Azərbaycan himni səslənəcək və bayrağımız ən uca yerdə dalğalanacaq.

***

Məlumatlara görə, son illər Ali məktəblərdə keçilən “Azərbaycan tarixi” fənninin tədrisi azaldılaraq 120 saatdan 60 saata endirilib.

P.S. Sapı özümüzdən olan baltaların tarixə qənim kəsilmələri birinci dəfə deyil ki... Bu yerdə 1988-ci ilin əvvəllərində, yəni Qarabağ hadisələri təzə başlayanda, bu məqsədlə Respublika Sarayında keçirilən tədbirdə dünya şöhrətli alim, rəhmətlik Xudu Məmmədovun çıxışından bir epizod yadıma düşdü: “...Deyirlər dünyanın 7 möcüzəsi var. Ancaq mən deyirəm ki, dünyanın 8 möcüzəsi var. 8-ci möcüzə Azərbaycan tarixçilərinin Azərabycanın tarixinə biganəliyidir”.

İndi görəsən, kökü minilliklərə söykənən Azəbaycan tarixinin Ali məktəblərdə öyrədilməsinin əleyhinə olan damarında erməni qanı axan hansı vicdansız və satqındır?

***

Müğənni Əli Mirəliyev bu yaxınlarda müğənnilərin geyimlərindən danışarkən bir internet televiziyasındakı verilişdə belə deyib: “Biz tamaşaçılara nümunə olmalıyıq. «Mən müğənniyəm, istədiyim kimi geyinərəm” fikri düzgün deyil. Anan səni kişi doğub. Bilsəydi ki, sonradan nakişi olacaqsan, səni abort etdirərdi.

P.S. Əli müəllim, sən deyəsən, Azərbaycan gənclərinin mənəviyyatını gecə-gündüz pozan, abır-həyanın nə olduğunu insanlara unutduran şou-biznes nümayəndələrinin, kişili-qadınlı, kökünü kəsmək istəyirsən? Rəhmətliyin oğlu, doğulub sonradan nakişi olanların, ya da soyunub lüt ətcə-bala şəkil və videolarını sosial şəbəkələrdə paylaşan xanım müğənnilərin anaları vaxtında abort etdirsəydilər, bu gün səhnəmiz, efirimiz boş qalardı axı? Bəs sən o zaman, ay Əli müəllim, kimləri tənqid edərdin? Bəs onda boş-bekar adamlar kimi söyərdilər, müğənni xanımların geyim- keçimini, neçə dəfə ərə gedib, boşanmasını, kimin-kimlə gizlicə necə “cippildəşməsini”, bunu da nəticəsində uşaq dünyaya gəlməsini necə müzakirə edəcəkdilər? Əli müəllim, indi sən demək istəyirsən ki, bu nakişiləri və əxlaqsızları  çıxdıqları yerə qaytarmaq lazımdır? Nə deyib vallah? Amma pis fikir deyil haaa...

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

elcin-mmmdli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN