Nizami Süleymanoğlu

“Dəyişən şəraitdə türklərin şəraitə uyğun dəyişməkdən başqa yolu görünmür. Tarix həm də ibrət üçündür”

Zamanın sürəti elə şiddətlənib ki, bəşəriyyət günun 24 saatını 16 saat kimi yaşayır. 24 saat 16 saata  sıxışdırılıb. Baxmayaraq ki, saat olanı göstərir.  Şüur altında cavabı verilməyən suallar silsiləsi parazit enerji yaradır. İnsanlar içlərində içini yeyir. 50-60 il öncəki kişiliyə (erkəkliyə) baxın, indiyə nəzər salın. İndikilərin əksəri keçmişdəkilərin beşdə biridir. Zaman məchullara doğru irəlilədikcə birinməzlik qorxuları artır. Bilinməzliyin qorxuları da bilinməz olur. Bilinməzlik haqqında düşünmək də olmur. Beləcə, hər yeni gün ötən günləri daha çox aradır. İnsanlar " məruz qalma effektinə" məruz qaldıqca durumu daha çox qəbul edər. Dünya xalqları qorxu duyğularının daşıyıcılarına çevirilib. Əslində pandemiya  dünyada məlum  ad çıxarsa da onun pərdə arxasındakı diaqnozu və yan təsiri qorxudur. Epidemiya şəkilində...Kontrol edilə bilinmədikcə böyüyən qorxu. Mutasiyaları, variantları özündən betər qorxular yaradan qorxu. Yarıgerçək yalanları dünyəvi diqtələrə çevirən qorxu.

GƏLƏCƏYİN OVLANMASI PROSESİNDƏ SUSDURMANIN UZUN YOLLARI GET-GEDƏ DAHA KƏSƏ OLUR. Dünya sürüklənir. Bəşəriyyət qorxudulub... Kürəsəl Gücün də geri çəkilməyə yol yoxdur. Bəşəriyyət vaxt qazanıb, toparlanıb tənbəl, laqeyd zehin halından çıxar, texnoloji kəşfləri mənimsəyər. Bu hal bəşəriyyətdə özünühipnoz  yaradan düşüncə standartlarını dağıda bilər. Bunların baş verməməsi üçün Kürəsəl basqıların  şiddətlənməsi qaçınılmaz olacaq. BU  OLUM YA ÖLÜM OYUNUDUR.

Adı "TANRINI QİYAMƏTƏ ZORLAMA" olan bir gedişatda düşünün bəşəriyyət  nələrə zorlanmaz?

BİR YANDA SƏRMAYƏ XANƏDANLIĞI,

BİR YANDA  DÜNYANIN ZIR NADANLIĞI.

Əskiklik hissi dəyərsizlik halı yaradır. Bəşəriyyət özünü əskik görür və aşağılanır. İnsan psixologiyası başqalarının etdiyini etməyə meyillidir.  Bu vaksinləşmə, aşılama tədbirlərində də müşahidə olunur.  Bundan əlavə pul qazanacağı vədi, həmçinin pulu və sairəni itirəcəyi təhdidinə məruzluq insanlara nələrisə etdirmənin xüsusi yollarındandır. Toplumlar vaxtında zəhmət, əziyyət çəkmək istəmədiklərinə görə daha çox əziyyət çəkməyə məhkum edilir.

Hirs sıxılmış enerjidir. Bütün dünyada insanlar hirslidir. Şiddət, aqressiya artıb. İşləri düz getmir. Bu Allahdan uzaqlaşmanın qabarıq əlamətlərindəndir. Xalqlar, insanlar elə təklənir ki, nəinki biri-birinə, heç özləri-özlərinə də yetərli kömək edə bilmir. İntellektual aktivləşmə yaranmır.  Beynəlxalq böhran, ruh düşkünlüyü pozitiv enerjini sönüklədir. Bu beynəlxalq panikadır. Eyni qorxu uzun zaman qaldıqca təsirini azaltdığına, özünə vərdiş yaratdığına görə deməli, yeni- dozaları artırılmış qorxulara ehtiyac yaranacaq. Hər halda prosesin ən azı psixoloji  xarakteri belə düşünməyə əsas verir.  Bu yolun geri dönüş ehtimalı yox kimidir. İnsanlar keçmişlərindən qoparılır. Sevgilər yadırğalanır. Adət-ənənələr dəyərsizləşdirilir. Şüurlar zəhərləndirilir, şüuraltı dəyişdirilir. Savaşın yeni növləri yeni texnologiyalarla test edilir. Yönləndirilən enerji silahları, lazer, elektromaqnetik dalğalar, ölkədaxili ixtişaşlar, terror, qeyri-müəyyənliklər və sairələr fərqli  savaş repertuarında... Reklam, xəbər, televiziya, internet, yazılı media kürəsəl diqtələri istər-istəməz təqdim edir.  Üstəlik qida, iqlim şərtləri və sublimenal mesajlar... BƏŞƏRİYYƏTİN XƏTALARI ÜMUMİLƏŞİB İSLAH EDİLMƏYƏNDƏ  MÜSİBƏTLƏR DƏ ÜMUMİLƏŞƏR. Bu İlahi bəladır. Kimlərin əliylə olmasından asılı olmayaraq. Bəşəriyyət yetərincə anlamır ki, Allah insanı dünyaya aciz məxluq kimi göndərməyib. Yəni, dünyanın kütləvi  müsibətlərinə Allahın izin verməsi bəşəriyyətin ümumi, uzun illər davam edən günahlarına, xətalarına sıx bağlıdır. İnsan iradəsi ilə insandır.  İradəsi olmayan insanlıq təbii ki, hər cür məhrumiyyətlərə məruz qalıb robotlaşmaya da məhkum olar. BU MÜHARİBƏDİR: SİYASİ, PSİXİOLOJİ, BİOLOJİ VƏ SAİRƏLOJİ...

Hazırda dünya xalqlarının üzərinə bəşər tarixinin heç bir dönəmində düşməyən məsuliyyət düşür. Elə məsuliyyət ki, bu ölümdən də ağırdır. Canlıların əşrəfi, ən şüurlusu sayılan insan növü bütün anlamlarda mutasiyaya  uğradılmaq təhlükəsindədir.

Bilik, informasiya kirliliyi, dezinformasiya şiddətlənib.  Prosesin bədəli, fakturası əlbəttə, dünya xalqlarına  ödənir və ödənəcək. Çünki, müsibətlər nələr edilməsindən çox, nələr edilməməsindən doğar. Qorxan dünya ədalət tələb etməkdən də qorxar. Kürəsəl Gücü istiqamətləndirən söz sahiblərinə xalqlararası  nifrinlər, nifrətlər səngimir. Anlaşılandır. Əslində dünya bəşəriyyətin istisnalı çəkingənliyindən daha açığı qorxaqlığından bu duruma düşdü. Təbii ki, başqa təsirlər də öz işini gördü.

1988-dən  on illərcə  Qarabağ məsələsində  Türk dilli dünya susdu. Çəkmələrimizin darlığı təbii ki, qardaşlığın ayağını sıxmadı. Zaman Azərbaycanı Qarabağdan sıxanda... Bu qardaşının baş ağrısına susanların başlarının daha çox ağrıyacağının əlaməti anlamına gəldi... Deyirlər, hər şey yaxşı olacaq. Olsun! Amma fəlakətləri, müsibətləri yaradan səbəblər aradan qalxmayınca hər şey necə yaxşı ola biləcək?  Əksini düşünürəm. Tələblər, sərt qaydalar, basqılar, bezdiricilik yaratmaqla psixologiyalar dəyişdiriləcək. Ağla gələn və gəlməyənlər belə, bu gedişlə bəşəriyyətin, xüsusən türk dilli topluların üzərində sınaqdan keçiriləcək.

O da var ki, nəinki Azərbaycanın, türk toplularının, həmçinin bəşəriyyətin müqəddəratı Türkiyənin müqəddəratı ilə xeyli əlaqəli olacaq. Məhz Türkiyə daxildən və xaricdən şiddətli təsirlərə məruz buraxılacaq. Prosesin içindəki hadisələr silsiləsi və planlamalar bunu gərsədir. Lakin İlahi qeybi yalnız Allah bilir. İkincisi də Türkiyənin Atatürk örnəyi mövcuddur. O adi ad deyil, simvoldur. Texnoloji üstünlüklər danılmaz, amma həlledici olan ruhdur. Gerçəyin üzə, ortaya çıxmaq vərdişi olur. Zamana bağlıdır. Bax məsələ ondadır ki, zaman da sona qədər zəbt edilə bilinəcəkmi? Əlbəttə, zaman proqramlaşdırılır, strategiyalanır. Sonda divar qurtarmayacaqmı? Zaman Allahın deyilmi? Nə isə...

Alçaldanlara alçaltmaq vərdişini tərgitmək  çətindir. Bunu çətinləşdirən həm də alçalanların alçalmaq vərdişində davam etmələləridir. Ən azı yaşamaq üçün...Düşündürücüdür alçalanların əlindən yaşam haqqının alınacağı aydındırsa, alçalmağa ehtiyac olmadığı anlaşılmazmı? Bilmirəm...

Bilirəm ki, pis bir şey olanda beyin bütün vücudu xəbərdar edərək həmin hadisənin " hissini" qeyd edir. Ona görə də nəinki beyin, şüur, hətta şüuraltı da  ələ keçirilir. Betəri budur...Xəyalların nəzarətə götürülməsi də xəyal deyil. Bəli,  yaxşı olmağın sərhəddi olmayan kimi yamanlığın da həddi yox!

İnsanın və bəşəriyyətin ən pis halı özünü anlamadığı anıdır. Bu hal, bu proses yaşanır və hər şey  təsirlə əks təsirdədir. Müsəlmanlar Məkkəyə gedib şeytana daş atdı, o da müsəlman sayılanların başına bomba! Çoxlarını tanıyıram heç kimin toyuğuna da daş atmayıb. Onlar seyrçilər, müşahidəçilərdir.  Zamanı isimləndirdilər:  " Allahla şeytanın qarşıdurması". Amma mən belə düşünmürəm. Allah Yaradan, Şeytan yaradılandır. Yardılanla Yaradanın  nə qarşıdurması ola bilər? Ona sadəcə qiyamətə qədər möhlət verilib. Üst ağıl varsa, bu peşəkar, super  ağıla işarədir, eyni zamanda naşı, alt ağlın kütləvi mövcudluğuna...

Bütün dünya YENİ DÜNYA DÜZƏNİNDƏN DANIŞIR. Bunlar doğru. Bu doğruya şərti olaraq A variantı deyək. Bəs, B variantı?  A variantının bütün olan və olacaq təzahürlərinin sonda B variantının gerçəkliyinin gizli tərtiblənməsinə hesablanması ehtimalı yoxmu? Zaman göstərər.

Min illərdə iki milyard dünya əhalisi son iki yüz ildə səkkiz milyarda çatıb. Yük də ağır, problemlər də çox. Özbaşına buraxılsa, bu artım hansı nəticələr doğurar? Bax indiki proses bu sualı cavablandırmaqda israrlıdır.  Çinlə Hindistanın ümumi əhalisi üç milyarda yaxındır. Başqa xalqlarla müqayisədə bu ifratın  harasındadır ədalət? Hələ, qurban xalqların taleyi bir yana...

Türk dilli məmləkətlərdə durum bəllidir. Bu mənada Yeni Dünya Düzəni  layihəsi dünya türkləri üçün yeni prinsipləri nəzərə alaraq yeni dəyərləndirmələr üçün strateji imkanlar açmış kimi olacaq. Dəyişən şəraitdə türklərin şəraitə uyğun dəyişməkdən başqa yolu görünmür.  Tarix həm də ibrət üçündür.

Şeytanın varlığı insanların günahlarına səbəb ola bilməməlidir. Bəhanə ola bilir.  Beyin vaxt təyinatını və "təziq sistemlərini" sevir. Ona görə də Kürəsəl Gücün təziq sistemlərinin vaxtını aybaay  və ya ilbəil öncədən deməsi boşuna deyil. Onlar superdərrakəli  ağıldan istifadə edir. Adilərin, adilliyin nəticələrinin də adi olduğuna görə... Super şüurun gücündən istifadəni bacaranda adillərin ömrü boyu etdiklərini onlar bir və ya bir neçə ilə gerçəkləşdirə bilir. Onlar beyinlərdəki təsviri dəyişir. Bilirlər ki, beyin təsvirləri dəyişəndə xarici ailəm də ona uyğun dəyişir. Yəni, sözügedənlər  dəyişdirmələrin elmi metodlarına, vasitələrinə, biliklərinə sahibdirlər. Məsələn: Vizuallığın "cəlbetmə qanunu" nu işə salırlar. Bu qanun deyir: " Daxildə necədirsə, xaricdə o cürdür". Zehni təsvirin daxili gücü xarici ailəmə təsir edir, dəyişdirir. Zehni təsvir gerçəkliyə çevrilir. Ona görə Kürəsəl deyilən güc bəşəriyyətin beynini ələ keçirir. Türkiyə türkləri demişkən " anlada bildimmi"?  İnanmaq istərdim.

Tarix boyu liderlərin,  böyüklərin əsas, ümumi ortaq cəhəti təsəvvürləri olub. Onlar gələcəyi vizuallaşdırıb, təsəvvür edib, istəklərinə nail olub və olur. Beyində uzun müddət saxlanılan, düşünülən nəhayətdə həyata keçir, gerçəkləşir. Bu fəlsəfəyə, dinlərə, psixiologiyaya və sair uğurlara əsasdır. UĞUR QAZANMAĞA O QƏDƏR ƏMİN OLUNMALIDIR Kİ, HEÇ BİR QÜVVƏ BU ƏMİNLİYƏ ƏNGƏL OLA BİLMƏSİN.  Onlar özlərini görmək istədikləri kimi yüz illərdir ki, təsəvvür edirdi. Fransa inqilabından sonra...Çox dəyişiklik oldu. Çarı yıxıb, SSRİ qırdılar və sökdülər. Maonu dəstəkləyib, Çini çoxtərəfli  inkişaf etdirdilər. Birinci, ikinci dünya müharibələrini dizayn etdirdilər. Bu aralıqlarda və sonralar 150 milyon insan təlafatı oldu və sairə ağrılar, acılar silsiləsi... Bunlar adi məsələlər deyil, ona görə  altı il öncədən yazmışdım "Təzadlar"da ..

BU MASON DÜNYASIDIR, QEYRİ-ADİ KAMLARI VAR,

YAŞADIB YARATMAQLA, DAĞITMAQ İMKANLARI VAR.

 Tarix bu misranı min bir hadisələrlə təsdiq edib, etməkdədir və edəcək. Gördüyümü  və hiss etdiklərimi, sezgilərimi yazıram.Hələ analiz bir yana qalsın.

Üst ağıl deyilir. Deyənlər bilər. Mən bilirəm ki, DAHA BÖYÜYÜNƏ NAİL OLMAQ ÜÇÜN, DAHA BÖYÜK OLMAQ VACİBDİR.

İnsanlar ən çox təhdidlərdən qaçar. Bunu bilənlər də qorxunun ruh damarından tutub, təhdidlərin miqyasını şiddətini, çoxşaxəliliyini artırar. Bəşəriyyət qurban zehniyyətinin daşıyıcıları kimi çarəsiz, ümidsiz davranışlara vərdişini çətinki tərgidə. Bu durum problemlərin daha dərinləşib ağırlığının artırılmasını gerçəkləşdirəcək. Bu sorğulanma qabiliyyətinin itirilməsi ilə əlaqəli olacaq. Bəşəriyyət özünün haqqında nələr düşündüyündən qorxanda qorxunu cəzb və cəlb etmiş hala gəlir.

Beyində tələb olmayanda o passivləşir.  Nadir istisnalarla bəşəriyyətin beyni işlək deyil. Tələb də az kimi beyinlərdə. Əksinə, Kürəsəl elitlərin səkkiz milyardlıq beyinlərdə tələbləri gündəmdə.  "Kor-kor, gör-gör" məsəli var Azərbaycanda. Bəşəriyyət beynini öz arzuları istiqamətində işlətmədiyi üçün onu əleyhinə olan yönlərə təhrik etmək asanlaşır. BÜTÜN DÜNYA TƏŞKİLATLARI, QURUMLARI  KÜRƏSƏL  GÜCÜN TƏSİRİ  ALTINDA.  Belədirsə,  zavallı bəşəriyyət kimdən-kimə müraciət etsin? Bəşəriyyətin kitabını oxuyan varmı, Allahdan başqa?  Demokratiya İnsan haqqları, hüquqları, şirin nağılardan ibarət deyilmi? Bilmirəm, bilirəm ki, PROBLEMDƏN QURTULUŞ ÜÇÜN PROBLEMLİ  ŞÜURDAN QURTULMAQ VACİBDİR.

Beyin daxili dünyadır, ruhun evi kimidir. İnsanların beyninə yüklənən neqativ, kədər, faciə, müsibət effekti verən hər şey ruhu zəiflədir.  BEYİNLƏR QORXU İLƏ BƏSLƏNDİYİNƏ GÖRƏ  İNSANLAR QORXAQLAŞIR...

...2015-ci ildə üç illik araşdırmadan sonra "Uzaqları Yaxından Görənlər" adlı bir kitabım çıxdı. İndiki və qarşıdakı zamanın azı beş il öncədən tarixi, elmi, ezoterik  və sair incələmələrə əsasən hansı məcrayə gedəcəyini əminliklə sıralamışdım. Nəinki nəsrlə, publisistika ilə, hətta hikmətli qoşa misralarla...Beş il kitabı xəyal məsulu adlandıran bəziləri beş il sonra pandemiya başlananda dedilər ki, Sən dediklərin oldu.

P.S. Mən dediklərim uşaqlıqdan olur. Hər iki mənada... Bəhs etdiyim kitabda paranormal hadisələrdən ətraflı yazmışam. Yaşamayan yaza bilməz.

Dünya azərbaycanlıların bir dövləti, bir prezidenti var. Dövləti qorumaq lazımdır! Kimliyindən asılı olmayaraq rəhbərini də. Son cümlə "Qaçqınkomun" sədri hörmətli Rövşən Rzayevə aiddir. Xatırlamaya bilmədim. Dəyərləndirilənlər  dəyərləndirilir...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN