Filmin premyerası  Avropada və Türkiyədə nümayiş olunacaq

“Azərbaycanfilm” kinostudiyası və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan “Fulya” sənədli filminin çəkilişləri başa çatıb.

Filmin premyerası 7 oktyabrda Avropada, 8 oktyabrda isə Türkiyədə olacaq.

Mədəniyyət Nazirliyindən isə bildirilib ki, sənədli filmin Azərbaycanda nə zaman yayımlanacağı ilə bağlı hələlik bir məlumat yoxdur.(trend)

Filmdə 44 günlük Vətən müharibəsi dövründə müharibənin acı həqiqətlərini dünyaya çatdıran ”CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürkün fəaliyyətindən bəhs olunur.

Qeyd edək ki, Fulya Öztürk 5 yanvar 1989-cu il tarixində Türkiyənin Adana şəhərində anadan olub. Orta məktəbi Adana Gündoğdu Kollecində bitirən Öztürk 2006-cı ildə  Mərmərə Universitetinin  Rabitə fakültəsinə qəbul olmuşdur. Növbəti il, o, "Doğan" TV-nin "Staj On Air" verilişi ilə “Star” TV-yə qoşulmuşdur.

Jurnalist peşəkar fəaliyyətinə 2008-ci ildə, “CNN Türk” kanalının verilişlər departamentində başlamış, 3 il redaktor kimi çalışmışdır.  O, daha sonra Başkənd Rabitə Akademiyasında nitq və dram üzrə təhsil alıb. Öztürk 2010-cu ildə "CNN Türk" xəbərlər mərkəzində işləməyə başlamış, xeyli sənədli filmin və xəbərin ssenarisini yazmışdır. O, 2013-cü ildə müxbirliyə başlamış, müharibə mövzularını əhatə etmişdir.  Suriyada vətəndaş müharibəsi, Afrikada təbii fəlakətlər, Birmada Rohinca soyqırımı və Azərbaycanda – İkinci Qarabağ müharibəsi zamanı Gəncə və Bərdə faciələrini əhatə edən Öztürk  "İlin müxbiri" və "Ən yaxşı özəl xəbər" kateqoriyalarında onlarla mükafata layiq görülmüşdür.  Fulya Öztürk 2021-ci ilin iyulundan  “Fox” TV-də fəaliyyət göstərir.

Xatırladaq ki, Fulya Öztürk Azərbaycanın qələbəsi ilə yekunlaşmış İkinci Qarabağ müharibəsi haqda sənədli film hazırlayıb. Reportajda 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycan xalqına qarşı hərbi cinayətindən, düşmən tərəfindən Gəncə, Bərdə və Tərtərə raket zərbələrindən xronoloji ardıcıllıqla bəhs olunur.

Video-sujetdə Fulya Öztürkün müharibə zamanı işğaldan azad olunmuş ərazilərdən hazırladığı reportajlara, Azərbaycan xalqının qələbə sevincinə də yer verilib.

 Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN