“Rəqəmsal yaradıcı həftəsonu” (Digital Creative Weekend) layihəsi çərçivəsində iyunun 3-də Mədəniyyət Nazirliyinin dəstəyi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO və “New Space Open Innovation”un əməkdaşlığı ilə Şuşa Hotel-Konqres Mərkəzində “A-Hub Akselerasiya Proqramı”nın 2023-cü il üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Qurumdan Tezadlar.az-a verilən məlumata görə, iyunun 4-də “A-Hub Akselerasiya Proqramı”nın iştirakçıları üçün Şuşa şəhərinə ekskursiya təşkil edilib.

Ekskursiya zamanı qonaqlar şəhərdə otuz ilə yaxın davam etmiş işğal dövrünün dağıdıcı nəticələrini öz gözləri ilə görüb, Şuşanın tarixi abidələri, şəhərdə aparılan bərpa-quruculuq işləri barədə məlumat alıblar.

Qonaqlar Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün güllələnmiş heykəllərini ziyarət edib, Şuşa qalası (Qala divarları) önündə xatirə şəkilləri çəkdiriblər.

RÖVŞANƏ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN