Doğma yurda qayıtmış Füzuli məktəblilərinin asudə vaxtının maraqlı və əyləncəli təşkili məqsədilə Füzuli şəhərində 15-18 avqust tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Ağdam, Füzuli və Xocavənd üzrə Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçirilən “Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, avqustun 17-də Füzuli şəhər Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzində yay məktəbinin "Musiqi" günündə iştirakçılar üçün tanınmış mədəniyyət və incəsənət xadimləri tərəfindən ustad dərsləri keçirildi və iki böyük konsert təşkil olundu.

Əvvəlcə Xalq artisti, opera müğənnisi Samir Cəfərov açıq havada pianino arxasına keçərək musiqi və xanəndəliyə marağı olan məktəblilər üçün vokal üzrə ustad dərsi verdi və onlarla ifaçılığın sirlərini paylaşdı. Məktəblilərlə həm fərdi, həm kollektiv şəkildə məşğul olan sənətçi hər bir şagirdə üzərində çalışmalı olduğu istiqamətlər üzrə tövsiyələrini verdi.

Daha sonra Xalq artisti, aktyor Vidadi Həsənov səmimi mühitdə - açıq havada çəmənlikdə məktəblilərlə çay içərək teatr və yaradıcılıq haqqında söhbət etdi. Məktəblilərin oxuduqları kitablar, baxdıqları filmlərlə maraqlanan aktyor gələcəkdə incəsənət sahələri üzrə ixtisaslaşmaq istəyən məktəblilərə özlərini inkişaf etdirmək üçün bu istiqamətdə məsləhətlər verdi, onlarla səhnədə özünüifadə və diqqəti toplama məqsədli öyrədici oyunlar təşkil etdi.

Yay məktəbinin günlük proqramı konsertlərlə davam etdi və Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzinin Akt zalında "Qarabağ bülbülləri" Füzulidə" adlı möhtəşəm konsert proqramı təşkil olundu. Konsertdə Əməkdar artist, xanəndə Təyyar Bayramovun müşayiəti ilə “Qarabağ bülbülləri"nin məharətli ifaları böyük alqışlarla qarşılandı.

Günün sonunda Qarabağ bölgəsi musiqi məktəblərinin şagirdləri və Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzinin kollektivinin iştirakı ilə rəngarəng musiqi nömrələri ilə zəngin konsert proqramı məktəblilərin ifasında təqdim olundu.

***

Avqustun 18-də Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzində məktəblilər ilk öncə, yazar, ədəbiyyatşünas Ramil Əhmədin "Yaradıcı yazarlıq" üzrə ustad dərsində iştirak etdilər.

Daha sonra yay məktəbinin iştirakçıları üçün açıq havada müxtəlif idman müsabiqələri, estafet yarışları keçirildi və hər bir uşaq yay məktəbində hədiyyə sahibi oldu.

Yay məktəbinin proqramı filmə baxışla davam etdi. Daha sonra "Füzulidə Yay Məktəbi"nin bağlanış mərasimi keçirildi. Bağlanış tədbirində məktəblilərin yay məktəbi haqqında təəssüratları öyrənildi, gələcəkdə bu məzmundakı fəaliyyətlər üçün arzu və istəkləri dinlənildi. Uşaqlar "Füzulidə yay məktəbi" layihəsi çərçivəsində bir çox mövzularda həm maarifləndiklərini, həm çox əyləndiklərini, həm də yeni insanlar tanıyaraq, yeni məlumatlar əldə etdiklərini və bu cür layihələrin yenə həyata keçirilməsi üçün arzularını xüsusi qeyd etdilər.

Qeyd edək ki, "Füzulidə yay məktəbi" layihəsinə "Sirab", "Azərçay" və "Nort Vest" şirkətləri dəstək verib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA