Əməkdar artist Mətanət İsgəndərli və keçmiş gəlini Canana arasındakı gərginlik səngimir.

Canana bu dəfə şəxsi "Instagram" hesabından keçmiş həyat yoldaşı Kərimin elçiliyi ilə bağlı övladını sorğu-sual edərək, video paylaşıb.

O, Mətanət İsgəndərlinin verilişlərin birində qonaq olarkən oğluna elçi getməsi barədə açıqlamasına da münasibət bildirib və müğənninin oğlunu ikinci dəfə evləndirdiyini gizlətdiyini iddia edib: “Hər kəs deyir, təsadüfi addır. Verilişdə də elə deyib, amma bilin ki, mən heç nəyi yalan danışmıram. Kərimlə son danışığımızda özü dedi ki, elçi gedirik. Mən də dedim, Allah xoşbəxt etsin, ancaq balalarımı ögey anaya verməyə görə həyata gətirməmişəm. Qaytar mənim uşaqlarımı. O isə dedi ki, onlar heç mənə də lazım deyil, hakim özü elə qərar verdi. Dedim ki, o hakimin mənimlə nə qərəzliyi var?

Uşaqlar bu olanların şahididir. Tuncay telefonla danışığımız zamanı dedi ki, onsuz da Ayseli qəbul edən deyiləm. O, mənim anam ola bilməz”.

Xatırladaq ki, Əməkdar artistin oğlu Kərimlə həyat yoldaşı Canana ötən il ayrılıb. Cütlüyün bu nikahdan üç övladı var. Bu ilin oktyabr ayında keçirilən məhkəməyə əsasən, ailənin hər üç övladı atanın himayəsinə verilib və ata tərəfindən ümumilikdə aylıq 525 manat alimentin ödənilməsi dayandırılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN