Medianın İnkişafı Agentliyinin beynəlxalq əlaqələri və nüfuzu durmadan artır.

Buna sübut kimi, aprelin 26-da Azərbaycanda səfərdə olan ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində olub. Rəsmi nümayəndə agentliyin İcraçı direktoru Əhməd İsmayılovla görüşüb və qonaqlar işgüzar müzakirələrdən məmnun qalıblar. Ə.İsmayılov ATƏT rəsmisinə Azərbaycan mediasının daha da peşəkarlaşması və beynəlxalq standartlara cavab verməsi üçün həyata keçirilən layihələr barədə məlumat vermişdir. Həmçinin qonaqlara bu yaxınlarda qəbul edilmiş «Media haqqında» qanunun baza prinsiplərindən danışmışdır. Ə.İsmayılov, həmçinin Azərbaycanda jurnalistlərin peşəkarlığının artırılması istiqamətində görülən işlərdən və həyata keçirilən layihələrdən də bəhs etmişdir.

A.Məmmədli  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN