“Tarif Şurası bir il keçməsinə baxmayaraq, indiyədək dövlət qulluğuna qəbul üzrə 5-dən artıq müsahibəyə iddi edənlər üçün ödəniş haqqını müəyyən edə bilməyib.”

  Ötən gün dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı DİM-in müsahibə komissiyasının onlayn iclası baş tutmayıb.

Səbəb isə dövlət qulluğuna namizədin müsahibəyə qatılmaması olub.

Bu barədə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti, eyni zamanda AzTU-da İctimai Şuranın üzvü olan Osman Gündüz məlumat verib.

Onun sözlərinə görə, komissiyanın iclaslarında ara-sıra bu tip hallar baş verir.

 Osman Gündüz bəzi iddiaçıların  yenə də öncədən heç bir məlumat vermədən, üzürsüz səbəbdən, hətta onlayn formada keçirilən müsahibəyə qatılmadığını, etinasızlıq göstərdiyini və nəticədə mənasız yerə zaman və dövlət resurslarının sərf olunduğunu vurğulayıb.

O, əvvəllər bir namizədin sertifikatının olduğu müddətdə 40-50 dövlət vəzifəsinə iddia edə bilməsinə və bu səbəbdən də iştirak etmədiyi və iştirakdan imtina etdikləri müsahibələrin sayının yetərli olduğuna diqqət çəkib.

“Lakin ötən il qanunvericiliyə dəyişiklik edilib. Qeydiyyata məhdudiyyət qoyulub. Yeni qaydalara görə dövlət qulluğu sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində yalnız 5 müsahibədə ödənişsiz, 5-dən artıq müsahibədə isə ödənişli iştirak edə bilər.

Yəni, bizim bu gün ASAN Xidmətdə vəzifə tutmaqla bağlı müsahibəyə qatılmayan, mənasız yerə komissiyanın toplantısının keçirilməsinə səbəb olan namizədimiz artıq pulsuz müsahihə hüququnun birini itirmiş olub. Ümid edirəm dövlət qulluğuna iddia edən digər namizədlər də bunu nəzərə alacaqlar”, -deyə qeyd edib.

Ekspert buna görə də müsabiqə qaydalarının daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib.

  “Bir neçə gün öncə DİM tərəfindən təşkil olunan “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsinin rəsmi açılışında çıxış edərkən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu istiqamətdə qanunvericiliyin daha da təkmilləşdiriləcəyini bildirib.

Yeri gəlmişkən, Tarif Şurası bir il keçməsinə baxmayaraq, indiyədək dövlət qulluğuna qəbul üzrə 5-dən artıq müsahibəyə iddi edənlər üçün ödəniş haqqını müəyyən edə bilməyib", - bildirib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN