"Hədəf" liseyindən Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsinə təyin edilən adi bir repetitor olan Elxan Nəcəfov hazırda Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə gətirilib.

Bu barədə yerli mətbuat xəbər verir ki, faktı təhsil eksperti Kamran Əsədov açıqlayıb.

Belə ki, E.Nəcəfov bu regional idarəyə təyin ediləndən sonra bir vaxtlar onunla eyni özəl kursda işləyən repetitor Famil İsayevi müavin, Rəhim Rəhimovu isə sektor müdiri vəzifələrinə təyin edib.

Bu təyinatlarda maraqlı cəhət 1 milyon əhalisi olan regionun 554 məktəbini idarə edəcək müdir və müavininin dövlət ümumtəhsil məktəbində adi müəllim belə heç vaxt işləməməsidir.

"Hədəf" liseyinin digər əməkdaşı Anar Mustafazadə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri vəzifəsində çalışır.

P.S. "Hədəf" liseyindən olan təyinatlar xarakterinə görə Dövlət Gömrük Komitəsindəki təyinatlardan əsla fərqlənmir.

E.ŞİRİNOV        

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN