Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən  I və IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib.

Bu günkü imtahanlarda ümumilikdə 25339 abituriyentin iştirakı nəzərdə tutulurdu. Onlardan 21277 nəfər I ixtisas qrupu, 4 062 nəfər isə IV ixtisas qrupu üzrə sənəd verənlərdir. Abituriyentlərdən 22 959 (I qrup – 19 470, IV qrup – 3 489) nəfər Azərbaycan, 2380 (I qrup – 1807, IV qrup - 573) nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 14 253 (I qrup – 13 318, IV qrup - 935) nəfəri oğlan, 11 086 (I qrup – 7 959, IV qrup - 3127) nəfəri isə qızdır.

 22 384 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2 771 nəfər əvvəlki illərin məzunudur. 22 nəfər ali təhsil müəssisələrinin, 162 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 90 abituriyent xarici ölkələrin vətəndaşıdır.

  İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.

  Qeyd edək ki, 25339 abituriyentin iştirakı nəzərdə tutulan həmin şəhər və rayonlara 110 imtahan binası, 1 921 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 110 ümumi imtahan rəhbəri, 310 imtahan rəhbəri, 2 392 nəzarətçi–müəllim, 269 buraxılış rejimi əməkdaşı, 110 bina nümayəndəsi ayrılıb.

Beləliklə, bu günkü imtahanlara ümumilikdə 3119  şəxs təhkim olunub.   

2392 nəfər nəzarətçi-müəllim isə birbaşa abituriyentlərə -imtahanın gedişinə nəzarət ediblər.

Bu isə təqribən hər 10 nəfər abituriyentə 1 nəfər nəzarətçi-müəllim deməkdir.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN