“Yay mövsümündə tətili günlərinin sayının ixtisarı qarşıdakı tədris ili üçün biliklərin bir hissəsinin itirilməsi riskini, şagirdlərin həddən artıq yorğunluğunu və xəstələnməsini azaldacaq.” 

 Qazaxıstan KİV-də Qazaxıstan Respublikası Təhsil Nazirliyinin “Orta təhsil müəssisələrində 2022-2023-cü tədris ilinin başlanması, müddəti və tətil dövrlərinin müəyyən edilməsi haqqında” qərar layihəsi dərc olunub.

 Sənəddə orta təhsil müəssisələrində (mülkiyyət formasından və idarə tabeliyindən asılı olmayaraq) 2022-2023-cü tədris ilinin başlanması, müddəti və tətil dövrlərinin aşağıdakı tarixlərinin müəyyən edilməsi təklif edilir:

 

1) 2022-2023-cü tədris ilinin başlanğıcı - 1 sentyabr 2022-ci il;

 

2) 1-ci siniflərdə tədris ilinin müddəti - 35 tədris həftəsi, 2-11 (12)     siniflərdə - 36 tədris həftəsi;

 

3) tədris ili ərzində tətil dövrləri:

 

1-11 (12) siniflərdə: payız tətili - 7 gün (31 oktyabr - 6 noyabr 2022-ci il daxil olmaqla), qış tətili  - 9 gün (31 dekabr 2022-ci ildən 8 yanvar 2023-cü il daxil olmaqla), yaz tətili - 9 gün (18-dən 26 mart 2023-cü ilədək);

 

1-ci sinifdə: əlavə tətillər - 7 gün (2023-cü il fevralın 6-dan fevralın 12-dək).

 

Qeyd edilir ki, iki tədris həftəsi əlavə etməklə tədris ilinin müddətinin artırılması gündəlik dərslərin sayının ixtisarına, “çətin” mövzuların öyrənilməsinin intensivliyinin azaldılmasına, tədris prosesinin inkişafetdirici təlim prinsipləri əsasında təşkilinə imkan yaradacaq.

“ Yay mövsümündə tətili günlərinin sayının ixtisarı qarşıdakı tədris ili üçün biliklərin bir hissəsinin itirilməsi riskini, şagirdlərin həddən artıq yorğunluğunu və xəstələnməsini azaldacaq”, - deyə vurğulanır.

Bildirilir ki, qərar layihəsi avqustun 2-dək ictimai müzakirədə olacaq.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN