“Ali məktəblərə indiki qaydada imtahan sistemi ləğv olunmalıdır”.

Bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev mövcud imtahan sistemi qaydası ilə ali məktəblərə qəbulla bağlı açıqlamasında bildirib.

O, qeyd edib ki, ali məktəblərə əzbərçiliklə qəbulun təhsil alanlara heç bir xeyri yoxdur.

“Təhsilə elə yanaşmaq lazımdır ki, ora gələn insan bilsin ki, mənim təhsilim olsa, bacarığım olsa   özümə iş tapacam. Daha tanışlıqla, rüşvət verərək işə düzəlməyəcəm”, - deyə vurğulayıb.

Deputatın sözlərinə görə, bütün bu məsələlər aradan qaldırılarsa, insanların təhsil barədə fikri də dəyişər:

“... İnsanlar düşünər ki, mən quru diplomu, əzbərçiliyi neynirəm,  yaxşı mütəxəssis olum. Və yaxşı mütəxəssis olsam, yaxşı əmək haqqı ilə iş tapa biləcəm ”, - deyib.

Razi Nurullayev diqqətə çatdırıb ki, düzdür, yaxşı mütəxəssis olanlar kənarda qalmır, özünə iş tapa bilir, amma onların bir çoxu bacarıqsızların qapazaltısına çevrilir və onun potensialı öldürülür.

 

 JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN