“İbtidai sinifdə əlavə dərs vəsaitindən istifadə etmək isə  qanunauyğunsuzluqdur".

 Bildiyimiz kimi, orta məktəblərdə şagirdlər müxtəlif dərs vəsaitlərindən istifadə edirlər. Bununla bağlı onlar müəllimlərdən göstəriş alırlar.

Sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva bunun səbəblərini izah edərkən "Ola bilsin ki, müəllimlər  kommersiya maraqlarına görə əlavə vəsaitlərdən istifadə edirlər”, -deyib.

 O, vurğulayıb ki,  dərs vəsaitlərini  Elm və Təhsil Nazirliyi təsdiq edir və əgər məktəblərdə belə hallar baş verirsə, bunun məsuliyəti biləvasitə Elm və Təhsil Nazirliyinin üzərinə düşür.

 Pedaqoq müəllimin şagirdi əlavə dərs vəsaiti almağa məcbur edə bilmədiyni və onun buna səlahiyyəti çatmadığını bildirib:

“ Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi dərsliklər üzrə proqramlar, icmalar eləcə də imtahanlar tərtib olunur. Keçirilən imtahanlarda  suallar məhz bu dərsliklərdə olan  mövzular əsasında salınır”, -deyə qeyd edib.

 Onun sözlərinə görə, əlavə dərs vəsaitlərindən istifadə etmək qanunauyğun deyil və şagird yalnız könüllü şəkildə əlavə dərs vəsaiti ala bilər:

 “Çünki əlavə vəsait o zaman istifadə olunur ki, uşaq istedadlıdır və dərs vəsaiti ona kifayət etmir. Həmçinin ali məktəbə hazırlaşan şagird əlavə vəsaitdən istifadə edə bilər. İbtidai sinifdə əlavə dərs vəsaitindən istifadə etmək isə  qanunauyğunsuzluqdur", - deyə diqqətə çatdırıb.

 Pedaqoqun da sözlərindən göründüyü kimi,  valideynlər  əlavə xərc çəkib nazirliyin təqdim etmədiyi dərs vəsaitlərini almaq məcburiyyətində deyillər. Belə hallarda, valideynlər də diqqətli olmalı, hansı kitabların övladının biliklərini artırması üçün vacib olub –olmadığı ilə maraqlanmalı, əlavə dərslik seçimində yanlışlığa yol verməməlidir. Və lazım olarsa, bununla bağlı nazirliyə də müraciət edə bilərlər.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN