Şuşada tikilən orta məktəb binası yeni tədris ilində istifadəyə veriləcək.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransdakı çıxışı zamanı bildirib.

 Nazir qeyd edib ki, məcburi köçkün məktəblərinin işğaldan azad edilmiş bölgələrə köçürülməsi ilə bağlı planlı işlər aparılır.

“ 5-7 il ərzində Azərbaycanda standartdan kənar məcburi köçkün məktəbi anlayışı olmayacaq. Bu prosesdə yeni bacarıqlar olduqca vacibdir", - deyə bildirib.

TEZADLAR.AZ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN