Uzun illərdir ki, Azərbaycanda əlidiplomlu, hətta xaricdəki universitetlərdə təhsil almış işsiz məzunların sayı artmaqdadır.

Çünki onlar özlərinə ixtisaslarına uyğun iş tapa bilmirlər. Əlbəttə, bəzən  burada aylıq məvacib məsələsinin də qarşı tərəfi təmin etməsində böyük rol oynayır...

Məhz bu cür məzunlar ixtisasına uyğun münasib iş tapmadıqda, bəzən çox az maaş səbəbindən başqa sahələrə üz tuturlar. Hətta bir çoxlarının tikintidə fəhlə, taksi sürücüsü, satıcı kimi... çalışdığı da heç kəsə sirr deyil. İllərlə təhsil alan belə məzunların arasında çox savadlı mütəxəssisləri də itirdiyimiz danılmazdır. Bu isə çox acınacaqlı haldır. Belə çıxır ki, illərini təhsilə sərf etmiş bir gənc sonda təhsilsizlərlə eyni sırada yer almış olur...

Diplomlu işsizlərin problemləri məsələsinə millət vəkili  Fazil Mustafa da münasibət bildirib.

Onun sözlərinə görə, məzunların işsizliyinin əsas səbəbi özəl sektorun zəif inkişaf etməsindədir:

 “Azərbaycanda tələbələr məzun olduqdan sonra iş tapa bilməməsinin əsas səbəbi özəl sektorun inkişaf etməməməsidir. İşə qəbul olmaq üçün bir yerə on nəfər sənəd verib müsabiqədən keçə bilmir. Həmin şəxsləri ehtiyatda saxlayırlar. Buna görə də, bəzi şirkətlər də öz tanış və yaxınlarını işə cəlb edir ki,  bu  da elə problemlərin yaranmasının əsas səbəbinə çevrilir. Özəl sektor inkişaf etməsə həmin şəxslərin işlə təmini də mümkün olmayacaq. Çünki, özəl sektor kifayət qədər problemlər yaşayır və burada iqtisadi azadlıqlar normal səviyyədə deyil. Bu səbəbdən gənclərimiz xaricdə oxuyub, iş tapmağa üstünlük verirlər”, -deyə millət vəkili bildirib.

JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN