2022-ci ildə respublika büdcəsindən 4700 təhsil qrantı ayrılıb ki, bunun da 1500-ü rezidentura qrantıdır.

Bu barədə Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Elm və İnsan Resursları Departamenti məlumat yayıb.

"2023-cü ildə dövlət başçısının tapşırıqlarının icrası məqsədilə respublika büdcəsi vəsaiti hesabına rezidenturaya verilən qrantların sayının 2500-ə çatdırılması nəzərdə tutulur. Ali məktəblərimizi öz kliniki bazaları ilə təmin etmək üçün 6 universitet xəstəxanalarının tikintisi fəaliyyətə başlayıb. Bu, həkimlərin təcrübə yönümlü hazırlığını təmin edəcək, universitetlərin imkanlarını genişləndirəcək və elmin, qabaqcıl texnologiyaların və tədris prosesinin inteqrasiyasına imkan verəcək”, -deyə qurum xəbər paylaşıb.

Həmçinin Qazaxıstan Prezidenti və Əmanət partiyası adından da təqaüd xeyli artırılıb. Məsələn, 2021-ci ildə bakalavriat tələbələri üçün təxminən 2 dəfə, internlər üçün 25%, rezidentlər, bakalavrlar, doktorantlar üçün 15% artırılıb.

"2025-ci ilə qədər təqaüdlərin hər il 15 və 20% artırılması planlaşdırılır. Bu, yaxşı təhsil almaq üçün təkan olacaq və əlavə olaraq ali məktəblərimizə güclü abituriyentləri cəlb edəcək", - Departamentin direktoru Daulet Aldynqurov bildirib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN