Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva hazırda məhkəməsi keçirilən universitetin sabiq şöbə müdiri Dürdanə Əliyevadan şikayət edib.

Bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda bildirilib.
Apa-nın məlumatına görə, iş materiallarında göstərilib ki, Nurlana Əliyeva Dürdanə Əliyevadan Baş Prokurorluğa, eləcə də Elm və Təhsil Nazirliyinə şikayətlər edib. Şikayətdə Dürdanə Əliyevanın qulluq mənafeyindən istifadə edərək tələbələrdən aldığı pulları mənimsədiyi qeyd edilib.

Bundan başqa, Nurlana Əliyeva Dürdanə Əliyevanı ona cadu etməkdə ittiham edib. Sabiq rektor cadunun təsirindən xəstəlik keçirdiyini deyib. Məhkəmədə o da məlum olub ki, Dürdanə Əliyeva isə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Hakim Əli Məmmədov deyib ki, bu barədə məhkəməyə ərizə daxil olub. Dürdanə Əliyeva müraciətində Nurlana Əliyevanın əməlləri ilə bağlı məlumat verib, özünün cinayət işində sadəcə, vasitəçi olduğunu qeyd edib.

Qeyd edək ki, Nurlana Əliyevanın məhkəməyə məcbur gətirilməsi ilə bağlı qərar qəbul olunub. O, qərar müzakirə olunan vaxt ölkədən qaçıb. Onun hazırda Türkiyənin Ankara şəhərində olduğu bildirilir.

***

Qeyd edək ki, Nurlana Əliyeva 28 avqust 1946-cı ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. BDU-nun filologiya fakültəsini bitirdikdən sonra - 1969-cu ildə əmək fəaliyyətinə başlayıb. Bakıdakı 134 nömrəli məktəbdə, Bakı Maliyyə-Kredit Texnikumunda Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 1990 -cı il dekabrın 29-dan Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu) rəhbərlik edib.

Nurlana Əliyeva "Azərbaycan bədii nəsrində müasir kənd və onun problemləri" mövzusunda namizədlik, "60-80-ci illər Azərbaycan nəsrində qəhrəman və üslüb axtarışları" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. BDU-nun professoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq üzrə ixtisaslaşmış dissertasiya şurasının üzvüdür.

12 kitabın, onlarca elmi, publisist məqalənin müəllifidir. YAP Siyasi Şurasının üzvü, eyni zamanda 2009-2021-ci illərdə YAP Respublika Qadınlar Şurasının sədri olmuşdur.  2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.

O, rektor olduğu dövrdə - 2019-cu ildə Bakı Slavyan Universitetində (BSU) Azərbaycan xalqına qarşı cinayətlər törətmiş Yevgeni Primakovun 90 illik yubileyinə həsr edilmiş esse müsabiqəsi təşkil etməsi ilə də gündəmə gəlmiş və buna görə tənqidlərə tuş gəlmişdi…

Lakin ən ağrıdıcı və acınacaqlı məqam odur ki, “cadudan xəstələndiyini” deyən bu pedaqoq, illərlə gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olub, həmçinin uzun illər dövlət universitetinə rəhbərlik edib…  

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN