Azərbaycan Prezidenti cənab İlham Əliyev müəllimlərin əmək haqlarının artırılması barədə Sərəncam imzalayıb.

Sərəncamla müəllimlərin aylıq vəzifə maaşları bu aydan etibarən orta hesabla 10 faiz artırılıb.

İqtisadçı millət vəkili Vüqar Bayramov müəllimlərin əmək haqqı artımını izah edib.

Onun sözlərinə görə, müəllimlərin əmək haqqı artımı aşağıdakı  kateqoriyalar üzrə artırılacaq:

 - Dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər;

- Həmin müəssisələrin direktor və direktor müavinləri;

- Gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri;

- Dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər;

- Həmin müəssisələrdə gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərləri;

- İdarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilər.

O, xatırladıb ki,  müəllimlərin əmək haqqlarının artırılması ilə bağlı təkliflər bu ayın 5-dək hökumətə təqdim olunmuşdu.

Vüqar Bayramov izah edib ki, Sərəncamın fevralın 23-də imzalanmasına baxmayaraq, maaş artımları fevralın 1-dən hesablanacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən gün Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Onu da qeyd edək ki, çoxdandır ki, müəllimlərin əmək haqlarının yenidən artırılması barədə təkliflər səsləndirilirdi. 

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN