Elm və Təhsil Nazirliyi sertifikasiya imtahanında müəllimləri bəzi sözləri düzgün yaza bilmədiyinə görə qınamış və hətta savadsız adlandırmışdı.

“Tezadlar.az” xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

 Ekspert nazirliyi ədəbiyyat fənni üzrə keçirilmiş olimpiada suallarının yazılışında yol verilən səhvlərlə bağlı qınayıb.  

“Hörmətli Elm və Təhsil naziri, hətta dəfələrlə demişdi ki, görün uşaqlarımıza kim dərs deyir. Əlavə edirdi ki, razı olarsınızmı övladınıza sözün düzgün yazılışını bilməyən müəllimlər dərs desin?

Dünya bumeranqdır. Dünən Elm və Təhsil Nazirliyi Fənn olimpiadası keçirib. Ədəbiyyat fənnindən təqdim olunmuş H. Cavidin əsərinin adını "İblis" yerinə "İlbis" yazıblar, - deyə o, bildirib.

kamran-qusur-kitab

Kamran Əsədov xatırladıb ki, imtahan suallarını bir nəfər yoxlamır və o, həmin sualları düzgün korrektə edə bilməyənləri qınayıb, sertifikasiya imtahanında səhvə yol verən yaşlı müəllimlərin isə tərəfini saxlayıb.

 “O sualı tərtib edən, korrektə edən rahat otaqda çayını içə-içə sualları yoxlayır. Amma müəllimlər imtahanda gərgin şəraitdə, kompüter qarşısında az vaxtda imtahan verirlər. Əlbəttə ki, yaşlı müəllimlər bu şəraitdə diqqətsizliyə yol verə bilər. İndi maraqlıdır, belə diqqətsiz, savadsız şəxslərin uşaqlarımızın təhsilini idarə edə bilərmi? Bu savadsızlar səhv edə bilər, müəllim səhv edəndə olmaz?”, - deyib.

Həmçinin ekspert “ Hələ B - variantında HAQQ-ƏDALƏT sözü niyə böyük hərflərlə yazılıb?

Fənn olimpiadasını təhlil edirəm, çox ciddi qüsurlar var”, - deyə diqqətə çatdırıb.

O, həmin qüsurları “paylaşıram yavaş-yavaş” mesajını da verib.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN