Hər bir müəllim səliqəli geyimi ilə şagirdlərin qarşısına çıxmalıdır. Onun geyim tərzi çalışdığı peşə ilə üst-üstə düşməli və bir-birini tamamlamalıdır. Bu, hamının bildiyi məsələdir...

Məsələnin digər tərəfi, indi də qadın müəllimlərin geyim tərzinin – şalvar geyinməsinin sosial şəbəkələrdə müzakirəyə çıxarılması, dilə-ağıza düşməsidir. Hər kəs istədiyi təklifi verir: vahid forma olsun, rəngli geyim olmasın, hətta Türkiyə məktəblərindən sitata gətirərək “məktəbə nə geyimdə gəlirsə gəlsin, üstündən xüsusi xalat geyinsin” deyən ekspertlər, müəllimlər də var...

Məsələ ilə bağlı KİV nümayəndələrindən Elm və Təhsil Nazirliyinə  “qadın müəllimlər şalvar geyinə bilərmi”sualı ilə müraciət edən də olub. Nazirlik də təbii ki,  şalvar qadağası olmadığını, lakin hər bir müəllimin nümunəvi geyinməli olduğunu bildirib.

Geyim hər bir kəsin şəxsi zövqünü əks etdirir, kiməsə zövqlə bağlı irad bildirmək olmaz. Əlbəttə, həmin geyim də məkana uyğun olmalıdır. Qadınlar isə geyimə daha çox diqqət göstərirlər. Bu baxımdan, qadın müəllimlər də çalışdıqları iş yerlərinə - məktəblərə öz zövqlərinə uyğun olaraq geyinib getmək istəyirlər. Çünki onlar müəllim olmaqla yanaşı, həm də qadındırlar. Geyimlə bağlı hər hansı bir ifratçılığa yol verdikdə isə məktəb daxilində həll olunmalıdır belə məsələlər. Və onların geyim tərzi müzakirələrə səbəb olacaq qədər gözə batan olmamalıdır.

 Lakin günümüzün vacib mövzusu müəllimlərin savadı, müəllim-şagird münasibətləri, onların gənc nəslə verdikləri bilik və bu kimi məsələlərdir...  

Belə görünür ki, “şalvar müzakirələri” vacib məsələləri kölgədə qoyacaq...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN