Bildiyimiz kimi, son illər müəllimlər sertifikasiya imtahanlarına cəlb olunurlar, onların tədris etdikləri fənn üzrə bilikləri yoxlanılır.

Bir çox müəllimlər bu imtahanlarda yaxşı nəticə edə bilmir, hətta elm və təhsil naziri Emin Əmrullayev onların sadə sualları belə cavablandıra bilmədiklərindən təəssüfləndiyini qeyd edib. Bütün bunlara baxmayaraq, hal-hazırda o müəllimləri əvəz edən savadlı müəllim tapmaq da müşkül məsələdir, onları işsiz qoymaq da olmaz... Ona görə də onlara təkrar imtahan vermək şansı verilir.

Bəlkə də elə bu səbəbdəndir ki, müəllimlərin 5 ildən bir sertifikasiya imtahanlarına cəlb olunmasına da narazılıqla yanaşanlar var.

Lakin sertifikasiya imtahanları yalnız müəllimlərə şamil ediməlidir? Bəs illərlə məktəb direktoru kürsüsündə əyləşənlər, onların müavinləri?.. Onlara uyğun imtahan sualları tərtib etmək olmazmı? Onların da idarəçilik qabiliyyətləri, məntiqləri, tədris etdikləri fənn üzrə bilikləri, dünyagörüşləri və s. sorğuya çəkilməməlidir?   

 Təhsil eksperti, sabiq deputat Sona Əliyeva KİV-ə açıqlamasında bildirib ki,  Azərbaycanda belə bir təcrübə olmasa da, onun tətbiqinə ehtiyac var.

 Onun sözlərinə görə, məktəb direktorları və onların müavinləri tədris həyata keçirir, dərs deyirlərsə, onların da müəllim kimi sertifikasiyaya cəlb olunmasına ehtiyac var.

Ekspert diqqətə çatdırıb ki, əgər belə bir imtahan nəzərdə tutularsa onların bilik və bacarıqlarının yoxlanılması liderlik bacarığı, qanunvericilik, məktəbin idarəedilməsi ilə bağlı olmalıdır, çünki bu biliklərin az olması məktəbin fəaliyyətinə də ciddi şəkildə təsir edir.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN