Dövlət İmtahan Mərkəzi tərəfindən ötən gün əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi keçirilib.

DİM-in məlumatına görə, imtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunub.

Qeyd edilib ki, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayan abituriyentlər olub. Bundan əlavə, yoxlama prosesi zamanı bəzi abituriyentlərin üzərində kəsici‑deşici vasitələr, müxtəlif elektron cihazlar və digər köməkçi vəsaitlər aşkar olunub. 8 nəfərdə mobil telefon tutulduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv olunacaq. Həmin abituriyentlər qəbul imtahanının ikinci mərhələsinə də buraxılmayacaq. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və hazırda bunlarla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bir müddət əvvəl də Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması, buraxılış imtahanlarının gedişatı ilə əlaqədar keçirdiyi mətbuat konfransında  belə bir açıqlama ilə çıxış etmişdi.

O, qeyd etmişdi ki, imtahan zalına müxtəlif əşyalar, daha çox telefon keçirmək istəyənlər çox olur:

"Hətta bıçaq, qumbara keçirmək istəyənlər də olub", - deyə bildirmişdi.

Sədr bu cür halları şişirdərək yaymadıqlarını, lakin məsələnin hüquq-mühafizə orqanlarına xəbər verdiklərini bildirmişdi.

Və bu açıqlama ictimaiyyət arasında təəccübə və böyük rezonansa səbəb olmuşdu.

Göründüyü kimi, Məleykə xanımın həmin açıqlamasından sonra da biliklə deyil, soyuq silahla silahlanmış abituriyentlər "bəxtlərini sınamaq istəyiblər"... Lakin bəxtləri gətirməyib və onlara verilmiş şansdan istifadə edərək bilik sınağına buraxılma fürsətini əldən veriblər...

P.S. Çox maraqlıdır ki, abituriyentlər imtahan zalına niyə bıçaqla, kəsici-deşici alətlərlə və yaxud təsbehlə gəlirlər? Günahkar kimdir - ailəmi, məktəbmi, cəmiyyətmi?.. 

JASMİN 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN